Qəbul imtahanları ləğv olunmalıdır- SABİQ NAZİR




Qəbul imtahanları ləğv olunmalıdır.

Bu barədə Sherg.az-a buraxılış və ali məktəbə qəbul imtahanlarının birləşdirilməsinə münasibət bildirərkən sabiq təhsil naziri, professor Firuddin Cəlilov bildirib.

 Professorun sözlərinə görə, imtahan sisteminin mərkəzləşdirilməsi nəticənin yüksəlməsinə səbəb olacaq: 
"Buraxılış imtahanlarının ciddiləşdirilməsi vacib məsələdir. İmtahanda fənlərin sayını artırılması həm buraxılışın keyfiyyətini, həm də ali məktəbə qəbul ballarını müəyyən edə bilər. Orta məktəbdə keçirilən fənlərin bir çoxundan imtahan verən abituriyentər topladıqları bala uyğun da universitetlərə müraciət etməlidir. Ümumiyyətlə, qəbul imtahanlarının ləğvi bilik səviyyəsinin artırılmasına şərait yarada bilər".

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və ali məktəbə qəbul imtahanlarının birləşdirilməsi barədə şərtləri açıqlayıb. Və vahid imtahan sisteminə keçidin çətinliyini vurğulayıb.

Aysel Aslan