Qənirə Paşayevə futbol formasını geyinib çağırış etdi – Video





Tovuzdan millət vəkili olan Qənirə Paşayevə "Turan Tovuz”u birinci divizionda çempion olması münasibəti ilə təbrik edib.

Özünün Feysbukdakı hesabından etdiyi müraciətdə deputat bildirib ki, maddi çətinliklərə baxmayaraq, komanda istəyinə çataraq yüksək liqaya vəsiqə qazanıb.
O, həmçinin Tovuzdan olan imkanlı iş adamlarına müraciət edərək komandaya dəstək olmağa çağırıb.

Qeyd edək ki, millət vəkili "Turan Tovuz”un forması geyinərək bu müraciəti edib.