Qəpiklərə diqqəti artırmaq lazımdır
13:41 12.02.2017
Arxiv
920
Əgər 1, 2 qəpiklərdən istifadə olunmasa, bazarda rəqabət mühitini poza bilər
Ölkəmizdə istər vətəndaşlar arasında, istər ictimai nəqliyyatda və ictimai iaşə obyektlərində kiçik nominallı 1, 3, 5 qəpikliklərə maraq həddən artıq azdır.
İctimai nəqliyyatda, marketlərdə belə xırda pulları ümumiyyətlə qəbul etmirlər. Bəzi hallarda vətəndaşlar özləri də bu nominallardan imtina edir və həmin qəpiklər zibilliklərə atılır.
Təkcə elə 2016-cı il ərzində Balaxanı bərk məişət tullantılarının çeşidlənməsi zavodunda müxtəlif nominalda tapılmış 120 kq-dan artıq xırda pullar toplanılaraq Azərbaycan Mərkəzi Bankına təhvil verilib.
İqtisadi Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı-alim Vüqar Bayramov kiçik nominallı qəpiklərin istifadə edilməməsinə əsas səbəb kimi mövcud qiymətlər səviyyəsində həmin qəpiklərə heç bir məhsulu almağın mümkün olmamasını görür. Bu barədə "Şərq”ə açıqlama verən ekspertin sözlərinə görə, hazırda bazarda həmin qəpiklərin alıcılıq qabiliyyəti çox aşağıdır və istifadə imkanları məhduddur. Burada vətəndaşların da məsuliyyəti var. Çünki bəzi hallarda vətəndaşlar da həmin qəpikləri almaqdan imtina edirlər. Bu da qanunun pozulmasıdır. Mövcud qanunvericiliyə əsasən bütün qəpiklərin qeyd-şərtsiz istifadəsi həyata keçirilməlidir.
İqtisadçı "qara qəpik” adlanan bu xırda pulların bazarda rəqabət mühitini formalaşdırmaqda müstəsna rolu olduğunu bildirir:
"Böyük mağazalar bir-biri ilə rəqabəti 1-2 qəpik ucuzluğa getməklə aparırlar. Əgər bu qəpiklər istifadə edilməsə, məcburi şəkildə dövriyyədən çıxarıla bilər. Nəticədə bazarda rəqabət mühiti pozula bilər. Ona görə də bu qəpiklərə diqqəti artırmaq lazımdır”.
V.Bayramovun sözlərinə görə, xırda pulların dəyərsiz hesab olunaraq atılmasının qarşısını almaq üçün nağdsız hesablaşmalar sürətləndirilməlidir. 0,93 manat plastik kartla ödəndiyi zaman nə alıcı, nə də satıcı üçün problem yaradacaq. Xarici ölkələrin təcrübələri də göstərir ki, nağdsız
hesablaşmaların stimullaşdırılması "qara qəpik” probleminin həlli istiqamətində əhəmiyyətli rol oynayır.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi
Messi vida oyunu üçün Argentinaya yollandı
16:47 02.10.2026
Futbol
Azərbaycanda 9 ayda 105 uşaq övladlığa verilib - STATİSTİKA
16:23 02.10.2026
Sosial
Türkiyə daxili işlər naziri: Qarabağ kimi Qüds də azad olacaq
16:17 02.10.2026
Dünya
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib - YENİLƏNİB
16:05 02.10.2026
Gündəm
YAP Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib
16:03 02.10.2026
Siyasət