Qiyməti 100 min dollardı: Putin klonlanmış itlərdən ordu qurur

Rusiya, Cənubi Koreyalı alim Hvang Woo Sukun klonlayaraq Rusiyaya hədiyyə etdiyi itləri təhlükəsizlik xidməti və polis təşkilatında sayını artıraraq istifadə etməni hədəfləyir.
Adları Tom, Mark və Jack... Belçika Malinois cinsi 3 it... Üçü də Cənubi Koreyalı həkim Hvang Woo Suk tərəfindən kopiyalanaraq Yakutiya respublikasındakı Rus Kəşfiyyat Xidməti işçilərinə hədiyyə edilib. The Telegraph qəzetində yer alan xəbərə görə, birinin 100 min dollara başa gəldiyi itlər Yakutiyada Mamut muzeyində ilk dəfə vətəndaşların qarşısına çıxarılıb. Rusiya itlərin partlayıcı maddələrin axtarışında ya arxeoloji qazıntılar zamanı istifadə ediləcəyini bildirir. Hədiyyə edilən itlər Cənubi Koreyanın paytaxtı Seulda genetik araşdırmaların edildiyi laboratoriyada kopiyalanan 500 itdən üçüdür. Rusiyanın itləri artırmaq üçün araşdırmaya başladığı ifadə edilir. İtləri klonlayan Cənubi Koreyalı həkim Hvang Woo Suk nəsili tükənən mamutların kopiyalanaraq günümüzə təkrar çevirilə biləcəyini söyləyib.