“Qlobal böhranın Azərbaycan iqtisadiyyatına təsirinin qarşısı alınıb” - Spiker





Milli Məclisdə gələn ilin büdcəsi müzakirə olunur. 

Sherg.az-ın xəbərinə görə, spiker Oqtay Əsədov büdcə ilə bağlı danışarkən deyib ki, dünya iqtisadiyyatında baş verən maliyyə böhranlarının Azərbaycan iqtisadiyyatına təsirinin qarşısı alınıb: 

"Bu da cənab prezident ilham Əliyevin düşünülmüş iqtisadi siyasəti nəticəsində mümkün olub. İqtisadi siyasət makroiqtisadi təhlükələrin qarşısını almağa imkan verib. Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə sazişin 2050-ci ilədək uzadılması və Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsi Azərbaycanın dayanıqlı iqtisadi inkişafına zəmin yaradıb. Son illərdə həyata keçirilən tədbirlər nəticəsində ölkədə qeyri-neft sektorunun payı 50 faizədək yüksəlib. 2018-ci ilin dövlət büdcəsi sosialyönümlüdür. Xərclərin 33,5 faizinin sosial sahəyə ayrılması bunu bir daha sübut edir. Növbəti ildə iqtisadi artım proqnozlaşdırılır. 2018-ci ilin dövlət büdcəsi nəzərdə tutulan layihələrin reallaşmasına imkan verəcək. Azərbaycan iqtisadiyyatı inkişafdadır”.

Anar