QMİ: Aksiyalara din xadimlərini cəlb etmək üçün çağırışlar dövlətçiliyə qarşı təxribatdır
14:15 16.09.2016
Arxiv
366
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bəyanatla çıxış edib. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:
”Ölkəmizin həyatında mühüm hadisə - referendum öncəsi bəzi siyasi qüvvələrin Azərbaycan Respublikasının Konstitusiyasına, "Siyasi partiyalar haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunlarına zidd olaraq ölkəmizdə sabitliyin pozulması, qarşıdurma yaratmaq məqsədilə keçirdikləri aksiyalara din xadimlərini cəlb etmək üçün dini şüarlarla çağırışlar etməsini dövlətçiliyə qarşı təxribat kimi qiymətləndiririk. Konstitusion prinsiplərimizə zidd çağırışlarla bağlı tabeçiliyimizdə olan dini icmalar, din xadimlərimiz, yerlərdəki səlahiyyətli nümayəndələrimiz, qazılar, dindarların haqlı etirazlarını nəzərə alaraq bildiririk ki, dini mərkəz olaraq dindən xüsusi maraqlar üçün siyasi alət kimi istifadə olunmasını, siyasi müxalifət təmsilçilərinin dövlətçiliyə qarşı dini zəmində çağırışlar etməsini qanunazidd, cinayət əməli hesab edirik. "Dini etiqad azadlığı haqqında” qanunda təsbit olunub ki, dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir. Bu müddəaya müvafiq olaraq Qafqaz Müsəlmanları İdarəsinin tabeçiliyində olan din xadimləri və onu təmsil edən şəxslər heç bir siyasi partiyanın üzvü ola, heç bir siyasi quruma qoşula, onun fəaliyyətində iştirak edə bilməzlər. QMİ-ni təmsil edən din xadimləri və onların nümayəndələri yuxarıda göstərilən xarakterli siyasi tədbir və kütləvi aksiyalarda iştirak edərlərsə, bu, qanun pozuntusu sayılacaq və onların haqqında qanunvericiliklə, idarənin Nizamnaməsinə müvafiq şəkildə məsuliyyət tədbirləri görüləcək. Din xadimləri, dindarlar hüquqi, demokratik, dünyəvi dövlət olan Azərbaycan Respublikasının vətəndaşları olaraq qanunun aliliyini qəbul edir, ictimai-siyasi sabitliyi, davamlı sosial-iqtisadi tərəqqini və bunun təminatçısı olan möhtərəm dövlət başçımızı dəstəkləyirlər. Din xadimləri və dindarlar vətəndaş olaraq öz səsvermə hüquqlarından istifadə edərək 26 sentyabr tarixində keçiriləcək referendumda fəal iştirak edəcəklər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial