“Mən bu günə qədər heç bir obrazımı ürəksiz oynamamışam. Hər bir obrazım mənim üçün məsuliyyət demək olub”
“Qonorarın aktyorun oyununa təsiri olmamalıdır”
08:50 05.02.2018
Arxiv
1063
“Bu bəhanədir, sən professional aktrisasansa, heç bir obrazı zəif oynaya bilməzsən”
“Mən bu günə qədər heç bir obrazımı ürəksiz oynamamışam. Hər bir obrazım mənim üçün məsuliyyət demək olub”
“Mən bu günə qədər heç bir obrazımı ürəksiz oynamamışam. Hər bir obrazım mənim üçün məsuliyyət demək olub”
Əməkdar artist Kəmalə Müzəffər "Şərq”in qonağı oldu. Aktrisa bugünkü seriallardan və peşəkar aktyor ifasından danışdı.
- Hər vaxtınız xeyir, necəsiz? Bir müddət müalicə aldınız, indi özünüzü necə hiss edirsiz?
- Müalicə aldım. Şükür Allaha, indi özümü yaxşı hiss edirəm.
- Belə bir məlumat oldu ki, sizi yenidən "Vicdan haqqı” serialına dəvət ediblər...
- Yalan məlumatdı. Bu barədə söhbət belə gedə bilməz. Hətta yenidən dəvət olunsaydım belə, bu, heç nəyi dəyişməzdi. Mənim yerimə seriala başqa bir aktrisa dəvət olundu. Amma mənim o serialda bir də görünməyim müzakirə mövzusu belə ola bilməz.
- Yerli serialları tənqid edənlər hələ də var. Bəzən sərt reaksiyalar belə olur.
- Mən başqaları barədə danışa bilmərəm. Amma özümə qarşı tamaşaçıdan heç vaxt sərt reaksiya görməmişəm. Bir serialdan ayrılanda məni qınadılar, səbəbini bildirdim, qısa açıqlama verdim, düşünürəm ki, tamaşaçı məni başa düşdü.
- Bizim seriallarda tamaşaçı nəyi görə bilmir?
- Mən özüm aktyor ifam barədə danışa bilərəm. Kim serialda necə oynayırsa, bu barədə mənim danışmağım düzgün olmaz. Türk seriallarının da güclüsü, zəifi olur.
- Bizim seriallarda aktyor ifasında pafos, sünilik daha çox tənqid olunur. Bir də ssenari zəifliyi önə çəkilir.
- Ssenari barədə mən bir söz danışmaq istəmirəm. Mənə təklif gələndə əgər ssenari məni qane etmirsə, o serialda rol almıram. Bu məsələdə rejissor seçimi də önəmlidir. Ancaq süni aktyor ifasından danışırıqsa, hərə öz imkanları daxilində rolunu təqdim edir. Mən bu günə qədər heç bir obrazımı ürəksiz oynamamışam. Hər bir obrazım mənim üçün məsuliyyət demək olub. Çalışmışam ki, obrazlarıma ürək qoyum. Yola vermək xatirinə heç bir obrazım olmayıb. Serial çəkilişlərinə gedirəm. Səhərdən axşama qədər çəkiliş meydançasında oluram. Amma heç vaxt rolumu elə-belə təqdim etmirəm. Aktrisa, aktyor ona həvalə olunan obrazı özünə biçə bilmədisə, onu oynaya bilməz.
- Tərəf-müqabilinin səhnədə, çəkiliş meydançasında sizin ifanıza təsiri ola bilirmi?
- Qətiyyən. Siz İlqar Cahangiri nəzərdə tutursuz?
- Təkcə onu nəzərdə tutmuruq. Yeri gəlmişkən, onunla tərəf-müqabili olmaq çətin deyil?
- İlqar Cahangir dəyər verdiyim həmkarlarımdandır. Ona görə də onunla işləməkdən zövq ala bilirəm. Qaldı ümumiyyətlə tərəf-müqabilinin mənim oyunuma təsirinə, qətiyyən təsiri ola bilməz. Mən bu yaşıma qədər istər teatrda, istər serialda, istər filmdə öz obrazımı tam məsuliyyətlə oynamağa çalışmışam. Zəif tərəf-müqabili olsa belə onun mənim aktyor ifama təsiri ola bilməz. Əksinə, mən o zaman daha çox obrazımı mükəmməl oynamağa cəhd etmişəm. Bilirsiz, bu, bəhanə olar. Tərəf-müqabilim zəifdi deyə mən oynaya bilmirəm. Belə bir deyim var - Gəlin oynaya bilməyəndə, deyir yerim dardı. Peşəkar aktyordan söhbət gedirsə, istənilən halda ona həvalə olunan obraza ürək qoymalıdır. Aktyor obrazını məşq edir, ona hazırlaşır. Hətta tərəf-müqabilin zəifdisə, sən çəkiliş meydançasında buna hazırlıqlı olmalısan, o zəifliyin görünməməsi üçün aktyor potensialından daha çox istifadə etməlisən. Əgər məşq zamanı o sənə istədiyin reaksiyanı verə bilmirsə, sən öz partiyanı daha yaxşı tamaşaçıya təqdim etməyə borclusan. Əgər tərəf-müqabilim mənə impuls, qığılcım vermirsə, mən onun oyununa köklənmirəm. Mən öz obrazımın xarakterini ən incə məqamları ilə tamaşaçıya təqdim edirəm. Mən öz partiyamı oynayıram.
- Qonorarın azlığının aktyor oyununa təsiri olurmu? Bəzən seriallara ucuz qonorara zəif aktyorları, təsadüfi insanları dəvət edirlər...
- Qonorarın aktyor oyununa təsiri olmamalıdır. Mən bir yaxşı yazı yazmaq istəyirəmsə, bu mənim içimdən gəlirsə, mənə az qonorar versələr belə, mən onu yazacam. Çünki ürəyimdən gələni yazıram. Peşəkar aktrisa da hər bir obrazını ürəklə, peşəkarlıqla oynamalıdır. Peşəkarlıq varsa, orda zəif aktyor oyunundan söhbət gedə bilməz. Bu bəhanəni qəbul etmirəm. Necə yəni az qonorar veriləndə zəif oynamaq olar. Sən professional aktrisasansa, heç bir obrazı zəif oynaya bilməzsən. Bu sənin yaradıcılığına damğa ola bilər. Sən ya hər bir obrazına can qoyursan, ya da oynaya bilmirsən. Mən ortabab oyun təqdim edə bilmərəm. Bu mənim vicdanıma sığmaz. Pula görə mən dəyər verdiyim peşəni ucuz tuta bilmərəm. Mən tamaşaçı qarşısına zəif obrazla çıxa bilmərəm. Buna haqqım yoxdu.
Tahirə Məmmədqızı
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fransadakı böhran BAŞLANĞICDIR - Aİ-dən ayrılan ölkələr ola bilər
21:54 06.11.2026
Gündəm
Hindistan Ermənistana 1 000 idarəolunan raket verəcək
21:19 06.11.2026
Region
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya