Qurban Yetirmişli: "İrandakı zəlzələ sərhədimizdə yaxın yerdə baş versəydi..."



"İranda baş verən zəlzələnin Azərbaycana heç bir təsiri olmayıb”. Bunu "Sherg.az”a İranda baş verən zəlzələnin Azərbaycana təsirləri ilə bağlı danışarkən Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib.

Onun sözlərinə görə, cənub qonşumuzda yaşanan zəlzələlərin geoloji quruluşu ölkəmizin tektonik zonaları ilə tamamilə fərlidir:

"Azərbaycanının özünün seysmoloji bölgələri var. Həmin bölgələrin də dərinlik qırılmalarının heç biri İranın dərinlik qırılmaları ilə bağlı deyil. Əgər qonşu dövlətdə yaşanan zəlzələ respublikamızın sərhdlərinə yaxın və eyni zamanda daha güclü olsaydı, o zaman narahatlıq keçirə bilərdik. Çünki sərhəddə baş vermiş seysmik hadisə ölkə daxilindəki zəlzələ ocaqlarını oyadardı. Beləliklə də bizdə də belə bir təbiət hadisəsi müşahidə olunardı. Amma İranda baş verən zəlzələnin Azərbaycanla əlaqəsi olmayıb”.

Qeyd edək ki, İranın qərbində 6,1 bal gücündə zənzələ baş verib. Yeraltı təkanlar Kirmanşah şəhərindən 87,8 km aralıda qeydə alınıb. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.baş vermiş təbiət hadisəsilə əlaqədər ölkədə üç nəfər dünyasını dəyişib, ümumi zərərçəkənlərin sayı 310 nəfərə çatıb

Kənan