"Radiozavod"da partlayış: ölən və yaralanan yoxdur - YENİLƏNİB-2

Bakıda "Radioquraşdırma" zavodu ərazisində baş verən partlayış nəticəsində ölən və xəsarət alan olmayıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Bakıda Müdafiə Sənayesi Nazirliyi "Üfüq” İstehsalat Birliyinin "Radioquraşdırma" zavodu ərazisində partlayış baş verib.
APA-nın xəbərinə görə, partlayış yanğınla müşahidə olunub.
Hadisə zavodun ərazisindəki istehsalat sahələrindən birində baş verib və o qədər də böyük olmayan ərazini əhatə edib.
Partlayış səsi ətraf ərazilərdən eşidilib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində ölən və yaralananları olması barədə ilkin məlumat yoxdur.
**** 19.40
Bakının Xətai rayonunda zavodda yanğın olub.
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, "Radiozavod" kimi tanınan "Radioquraşdırma" İstehsalat Birliyinin binasında yanğın qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları göndərilib.