"Radiozavod"da partlayış: ölən və yaralanan yoxdur - YENİLƏNİB-3
19:42 06.02.2018
Arxiv
973
Müdafiə Sənayesi Nazirliyi "Radioquraşdırma” zavodunda baş verən yanğınla bağlı məlumat yayıb. Lent.az-ın xəbərinə görə, nazirliyin saytında dərc olunan məlumata əsasən, bu gün saat 19:17 radələrində "Üfüq” İstehsalat Birliyinin "Radioquraşdırma” zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Məlumat üçün bildirilir ki, yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
***** 20.57
Bakıda "Radioquraşdırma" zavodu ərazisində baş verən partlayış nəticəsində ölən və xəsarət alan olmayıb. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
***** 20.15
Bakıda Müdafiə Sənayesi Nazirliyi "Üfüq” İstehsalat Birliyinin "Radioquraşdırma" zavodu ərazisində partlayış baş verib.
APA-nın xəbərinə görə, partlayış yanğınla müşahidə olunub.
Hadisə zavodun ərazisindəki istehsalat sahələrindən birində baş verib və o qədər də böyük olmayan ərazini əhatə edib.
Partlayış səsi ətraf ərazilərdən eşidilib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yanğın artıq lokallaşdırılıb. Hadisə nəticəsində ölən və yaralananları olması barədə ilkin məlumat yoxdur.
**** 19.40
Bakının Xətai rayonunda zavodda yanğın olub.
Lent.az-ın Trend-ə istinadən məlumatına görə, "Radiozavod" kimi tanınan "Radioquraşdırma" İstehsalat Birliyinin binasında yanğın qeydə alınıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları göndərilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəldi
20:42 06.11.2026
Futbol
“Qalatasaray”da Osimhen şoku - Ulduz futbolçu əməliyyat olunacaq
20:22 06.11.2026
Futbol
Almaniyada təyyarə avtomagistrala çırpıldı
20:15 06.11.2026
Dünya
Səudiyyə Yəmənə zərbə endirdi: 30-dan çox insan öldü
19:58 06.11.2026
Gündəm
Göygöldə 37 yaşlı şəxs bəçaqlanıb
19:50 06.11.2026
Hadisə
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm