"Hamıya məlumdur ki, namizədlərin arxasında böyük oliqarx qruplar dayanır və öz maliyyə maraqları var. Hansı namizədin arxasındakı maliyyə qrupu güclü və təsirli olacaqsa, seçkidə də o qalib gələcək"
"Real namizədlər 3 nəfərdir"
İlqar Vəlizadə: "Prezidentlik yarışında əsas fiqurlar Poroşenko, Timoşenko və Zelinskidir"
"Hamıya məlumdur ki, namizədlərin arxasında böyük oliqarx qruplar dayanır və öz maliyyə maraqları var. Hansı namizədin arxasındakı maliyyə qrupu güclü və təsirli olacaqsa, seçkidə də o qalib gələcək"
"Hamıya məlumdur ki, namizədlərin arxasında böyük oliqarx qruplar dayanır və öz maliyyə maraqları var. Hansı namizədin arxasındakı maliyyə qrupu güclü və təsirli olacaqsa, seçkidə də o qalib gələcək"
Martın 31-də Ukraynada prezident seçkiləri keçiriləcək. Prezidentlik uğrunda 39 namizəd yarışacaq. Dövlət başçısı vəzifəsinə əvvəlcə 44 namizəd olub, sonradan 5 nəfər mübarizədən çəkilib. Sorğulara əsasən, son bir neçə ay ərzində prezidentlik reytinqlərinin lideri "Batkivşina” Partiyasının rəhbəri Yuliya Timoşenko olub. Ancaq yanvar ayında şoumen, keçmiş KVN iştirakçısı, yumorist Vladimir Zelinski prezidentlik yarışında rəqiblərini ötüb və öz liderliyini möhkəmləndirib. İndiki prezident Pyotr Poroşenkonun səs faizi isə təxminən 20 faiz təşkil edir. Namizədlərdən heç biri ilk turda 50 faizdən çox səs toplaya bilməsə, prezident seçkilərinin ikinci turu keçiriləcək. Belarus Prezidenti Aleksandr Lukaşenko seçkilərdə Poroşenkonun qalib gələcəyini iddia edib.
Lukaşenko Poroşenkonun Vladimir Zelenski ilə bərabər ikinci tura çıxaçağını da istisna etməyib. Lakin adları çox hallanmayan digər namizədlərin də şanslarının az olmadığı deyilir.
Yaxınlaşan prezident seçkisi ilə bağlı "Şərq”ə danışan tanınmış politoloq İlqar Vəlizadə rəy sorğularının çox vaxt reallığı əks etdirmədiyini, seçkinin nəticələri ilə bağlı konkret fikir söyləməyin düzgün olmadığını vurğulayıb.
- İlqar müəllim, Ukraynadakı seçkiyə 39 namizəd qatılsa da, mübarizənin iki-üç şəxs arasında gedəcəyi bəllidir. Sizcə, favorit namizədlər kimlərdir?
- Hələlik önə çıxan üç namizəd var. Vladimir Zelinski, Pyotr Poroşenko və bir də Yuliya Timoşenko. Amma birinci turda kifayət qədər səs toplayan başqa namizədlərin adlarını da eşidəcəyik. Məsələn, "Müxalifət platforması - Həyat naminə” fraksiyalararası birliyinin sədri Yuri Boyko, Radikal Partiyasının rəhbəri Oleq Yaşko və keçmiş müdafiə naziri Anatoli Qritsenko önə çıxmağı bacaran şəxslərdir. Hamıya məlumdur ki, namizədlərin arxasında böyük oliqarx qruplar dayanır və öz maliyyə maraqları var.
Timoşenkonun arxasında Rinat Axmetova dayanır və onun əsas sponsorudur. Zelinskinin maliyyə mənbəyi biznesmen Kolomoyskidir. Poroşenko isə özü oliqarxdır, böyük biznesi var. Hansı namizədin arxasındakı maliyyə qrupu güclü və təsirli olacaqsa, seçkidə də o qalib gələcək. Ölkəni məhz həmin qruplaşma idarə edəcək. Baxmayaraq ki, Ukraynada prezident postu mühümdür, ancaq burada baş nazir və parlamentin də mühüm rolu var. Çünki hər şey parlamentdə səslərin necə hesablanacağından asılıdır. Yeri gəlmişkən deyim ki, bu ilin oktyabr ayında Ukraynada parlament seçkisi də keçiriləcək. Prezident seçkisində məğlub olmuş namizədlər və onların arxasındakı sponsorlar parlament seçkisində öz güclərini sınayacaqlar. Onların əsas məqsədi odur ki, ölkənin siyasi səhnəsində konkret hansısa siyasi qrup dominantlıq etməsin. Lakin son nəticədə prezident seçkisində bir adam qalib gələcək və onun arxasında duran maliyyə qrupları öz biznes maraqlarını önə çıxaracaq.
- Üç namizəd arasında ən çox kimin şansını yüksək dəyərləndirirsiniz?
- Vladimir Zelinskinin mövqeyi daha əlverişli görünür. Digər namizədlərdən təxminən 10 faiz irəlidədir. Ancaq yenə deyirəm, Zelinskinin adını çəkəndə əslində oliqarx Kolomoyskini nəzərdə tuturam. Kolomoyski indiki prezident Pyotr Poroşenkonun ən qatı düşmənlərindən sayılır. Onlar ciddi rəqib hesab olunurlar. Lakin indidən dəqiq nəsə söyləmək mümkün deyil. Hadisələr spesifik şəkildə cərəyan edir. Bəzi analizlər və rəy sorğuları iddia edir ki, ikinci turda Timoşenko ilə Poroşenko arasında mübarizənin şahidi olacağıq. Hər halda xarici güclərin kimə dəstək verəcəyinin də böyük önəmi var. Bu da hələ açıqdır və tam bəlli deyil. Qərbin Yuliya Timoşenkoya müəyyən simpatiyası var. Lakin bu simpatiya dəyişə də bilər.
- Yuliya Timoşenko ilə yanaşı, Poroşenko da "Qərbin adamı” kimi təqdim olunur. Qərbin ancaq bu iki namizədə dəstək verəcəyini iddia etmək olarmı?
- Məsələ ondadır ki, Qərb seçki proseslərində çox maraqlı mövqe tutur. Qərb dünyası həmişə son məqamda öz dəstəyini ölkədə rəğbət görən və say çoxluğu qazanan şəxsə verir. Yəni seçkinin nəticəsi hansı namizədi lider edirsə, Qərb də onu dəstəkləyir. Düzdür, ilkin mərhələdə ABŞ və Avropanın Poroşenkoya üstünlük verdiyi görünürdü. Ancaq belə açıq dəstək heç də Poroşenkoya nüfuz gətirmədi. Qərb başa düşür ki, indiki dönəmdə konkret hansısa namizədin dəstəklənməsi əksinə, onların nüfuzuna mənfi təsir göstərir. Ona görə də ehtiyatla davranırlar.
- Rəy sorğularının ümumi nəticələrinə görə, Timoşenko və Zelinski öndə, Poroşenko isə xeyli arxada göstərilir. Sorğular nə dərəcədə daxili auditoriyanın mövqeyini əks etdirir?
- Gürcüstanda prezident seçkisi öncəsi xeyli sorğu keçirildi. Sorğunun nəticələrinə görə, Q.Vaşadze qalib olmalı idi, amma sonda qələbə qazanan Salome Zurabişvili oldu. Çünki inzibati resurs onun xeyrinə işləyirdi. Ukraynada da bütün inzibati resurslar prezident Poroşenkonun əlində cəmləşib. O səbəbdən Poroşenkonu seçkidə arxa plana çəkmək doğru yanaşma deyil. Poroşenko ilk turda kifayət qədər səs toplaya bilməsə belə ikinci turda çalışacaq ki, bütün imkanlardan istifadə etsin.
- Seçkidə Rusiya faktorunu necə dəyərləndirirsiniz? Namizədlər arasında "Qərbin adamları”nın olduğunu nəzərə alsaq, Moskvanın da öz "namizədləri” varmı?
- Ukraynadakı prezident seçkilərində Rusiyanın adamları, daha doğrusu, Yanukoviçin köhnə silahdaşları gözə dəymirlər. Moskva anlayır ki, seçkidə heç bir mənfəət qazana bilməz. Həm də nəzərə alaq ki, Rusiyanın Ukrayna üzərində kifayət qədər ciddi təsir rıçaqları var. Krım, Donbas və s. məqamlar Kremlin əlindəki rıçaqlardır. Moskva hazırda bir şeyə çalışır – Ukraynada hakimiyyətə kim gəlir-gəlsin, amma Poroşenko olmasın. Hazırda Rusiya üçün ən "əlverişli namizəd” Timoşenko ola bilər. Çünki Timoşenko ilə Putin arasında vaxtı ilə normal münasibətlər olub. Hətta o vaxtın qaz problemini də Timoşenko ilə Putin həll etmişdi. Yəni iki lider arasında dialoq təcrübəsi var. Lakin bu məqam Moskvanın Timoşenkoya dəstək verəcəyi anlamına gəlmir.
İsmayıl