Regionda vəziyyət mürəkkəbdir
19:55 14.09.2016
Arxiv
593
Əməliyyatçıların səlahiyyətlərinin artırılması müsbət addımdır
Əməliyyat-axtarış fəaliyyəti həyata keçirənlərə yeni səlahiyyətlər verilə bilər. Məlumata görə, parlament bununla bağlı "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna dəyişiklik etməyə hazırlaşır. Yeni təklifdə "Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinə əlavə və dəyişiklik edilməsi istənilir.
Layihəyə əsasən, qanunvericilik ilə müəyyən edilmiş əsaslar olduğu hallarda əməliyyatçılar hakimin qərarı olmadan həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxslərin yaxalanmasından ötrü yaşayış binalarına və ya digər qapalı tikililərə baxış keçirə biləcəklər. Qeyd edək ki, indiyədək bundan ötrü məhkəmə qərarı tələb olunurdu. Layihə parlamentin iclasına tövsiyə olunub.
Təklifi dəyərləndirən kriminalist-ekspert İlqar Altay "Şərq”ə söyləyib ki, bu çox həssas məsələdir. Ekspertin sözlərinə görə, əməliyyatçıların səlahiyyətlərinin artırılması onların iş keyfiyyətlərinin və hərəkət imkanlarının genişləndirilməsi kimi dəyərləndirilə bilər: "Hazırda regionda vəziyyət mürəkkəbləşir. Hər bir ölkə kimi Azərbaycan da özünün ictimai və dövlət təhlükəsizliyi haqqında tədbirlər görür. Məxsusi olaraq indiki məqamda Azərbaycanda dini ekstremizmin güclənməsi prosesləri gedir. Bunları müşahidə etmək elə də çətin deyil. Siyasi ekstremizmi, ölkəmizə xaricdən olan təhdidlər və Azərbaycan daxilindəki bəzi pozucu qüvvələrin baş qaldırması məsələlərini nəzərə alsaq, bu təklif müsbətdir. Həmçinin, dövlətçiliyimizin möhkəmlənməsinə xidmət göstərən amillərdir. Məsələn, elə operativ tədbirlər olur ki, hansısa bir cinayətkarın izlənməsi, təqibi prosesi gedir. O proses həmin şəxsin ofisinə və yaşadığı məkana qədər aparılır və orada artıq dayanır. Məhkəmənin qərarını gözləmək lazım olur. Məhkəmə qərarı da uzun müddət aparan məsələdir. Bunun üçün xüsusi məhkəmə keçirilməlidir. Məhkəmədə baxış keçirilməlidir. Hakim qərar verməlidir. Bu da xeyli müddət aparır. Yəni əməliyyat tədbirinin keyfiyyəti aşağı düşür. Lazımi an əldən buraxılır. Hətta elə hallar olur ki, qərarın gecikməsi uğursuzluqlara gətirib çıxarır. Bu mənada dövlətçiliyin və ictimai təhlükəsizliyin qorunması baxımından əməliyyatçıların səlahiyyətlərinin çoxaldılması pis olmazdı. Onların imkanlarının artırılması məqsədəuyğun sayıla bilər”.
Bununla yanaşı, ekspert bildirib ki, əməliyyatçılar səlahiyyətlərinin artırılmasından sui-istifadə etməməlidirlər: "Əməliyyatçılar həmin prosesi obyektiv edə biləcəklərmi? Bu hüquq onlara veriləndə gərək həmin əməliyyatçıların üzərinə xeyli məsuliyyət də qoyulsun. Yəni o məhkəmənin rolunu həmin əməliyyata rəhbərlik edən qurum araşdırmalıdır. Bir də görürsən ki, 5 axtarış tədbirindən 1 və ya 2-i lazımlı olur. Qalan 3 axtarışın lazımsız olması üzə çıxır və bu, insanlarda narazılıq yaradır. Bu, bir az mürəkkəb məsələdir. Düzdü, yaxşı tərəfləri də var. Qanunvericilikdə həmin detalların üzərində xeyli dayanmaq lazımdır. Bir qədər zərif, incə məsələdir. Ortaq məxrəc tapılmalıdır. Elə etmək lazımdır ki, keyfiyyətin artması insan hüquqlarının pozulmasına səbəb olmasın”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm
"Novaya Qazeta" qəzetinin baş redaktorunun evində axtarış aparılır
14:39 15.10.2026
Dünya
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm