Rəsmi Bakı təhdid olunur-MEHMAN ƏLİYEV




Rusiya Dağlıq Qarabağ münaqişəsindən istifadə etməklə regionu nəzarətdə saxlamağa çalışır

Bunu Sherg.az-a Rusiya - Ermənistan birləşmiş ordu qruplaşmasının rəsmən təsdiqlənməsi barədə danışarkən «Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib. 

Onun sözlərinə görə, Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil şəkildə maddi və siyasi cəhətdən özünü idarə edə bilir:

" Rusiya bu üsuldan bir növ dövlətimizə hədə-qorxu vasitəsi kimi istifadə edir. Bu Moskvanın Qafqaz siyasətinin tərkib hissəsidir. Silah aldıqda Azərbaycan sanki Ermənistanın və özünün pulunu ödəmiş olur. Bizim Rusiyaya ödədiyimiz milyardlarla pulların müqabilində Ermənistana pulsuz silahlar verilir. Bu səbəbdən əminliklə deyə bilərik ki, Rusiya regionda münaqişənin saxlanmasına çalışır”.

Qeyd edək ki, Rusiya - Ermənistan birləşmiş ordu qruplaşmasının yaradılması rəsmən təsdiqlənib. 

Ayyət