Restoranda siqaret çəkən varsa, restoran sahibi cəzalandırılacaq
22:17 15.04.2017
Arxiv
735
Hüquq müdafiəçisi qadağa ilə bağlı ən sərt cəzaların tətbiqinin tərəfdarıdır
Milli Məclisin dünən keçirilən plenar iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünə ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edən qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Millət vəkili Musa Quliyevin sözlərinə görə, "Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsində öz əksini tapan məsələlərdən biri də qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə görə həmin müəssisə rəhbərlərinin də cərimələnməsidir. Deputat bildirib ki, vətəndaşdan çox qadağan olunmuş yerdə siqaret çəkilən müəssisələrin rəhbərliyi məsuliyyət daşıyacaq. Qeyd edək ki, yeni hazırlanan "Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanun layihəsində ictimai yerlərdə, qapalı məkanlarda siqaretin çəkilməsinin qadağan edilməsi nəzərdə tutulur.
"Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi” Liqasının sədri Sahib Məmmədov da hesab edir ki, qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə görə həmin müəssisə rəhbərlərinin cərimələnməsi məqsədəuyğun haldır. Hüquq müdafiəçisi hesab edir ki, bu cür hallar fonunda ikiqat cərimələnmə prinsipindən də istifadə etmək olar:
"Əgər hansısa bir restoran sahibi müştərilərin siqaret çəkməsinə şərait yaradırsa, o, niyə də cərimə olunmasın?”.
S.Məmmədovun sözlərinə görə, qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə görə cərimələnən müəssisə rəhbərləri çox güman ki, həmin cəriməni sonradan siqaret çəkən vətəndaşın əməkhaqqından çıxacaq. Yəni işəgötürən ziyanı qayda pozuntusuna yol verən şəxsə ödədə bilər.Bu cür hallar çox normaldır və dünya praktikasında da özünü doğruldub. İctimai yerlərdə siqaret çəkən vətəndaşlara isə bilavasitə olmadığı üçün cərimələr birbaşa onun özünə tətbiq edilməlidir. Cəmiyyət olaraq, "Tütün istehlakının məhdudlaşdırılması haqqında” qanunun icrasına tam hazır olmadığımızı vurğulayan Liqa sədri buna rəğmən qanunun tətbiqini labüd hesab edir:
"Hər zaman yanımda siqaret çəkən dostlarıma da tövsiyə edirəm ki, çəkməsinlər. Çünki siqareti çəkən adam ondan həzz alırsa, ətrafındakı insanlar ancaq ziyan görür. Kimsə siqaretsiz qala bilmirsə, biz niyə zəhərli hava udmalıyıq!? Bu, insanların hüquq və azadlıqlarına da zidd olan bir haldır. Siqaret elə bir şeydir ki, onu çəkən təkcə özünə zərər vurmur, üstəlik, çəkməyənlərə daha çox ziyan vurur, onları da passiv siqaret çəkən edir. Çünki əgər bir nəfər siqaret çəkirsə, digərləri də bu tüstülü hava ilə nəfəs almalı olur. Bu baxımdan mən siqaretə qadağa ilə bağlı ən sərt cəzaların tətbiqinin tərəfdarıyam”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britaniyadan Qəzzaya mesaj: “Sizi eşidirik, haqlı idiniz”
21:18 29.09.2026
Dünya
9 bələdiyyə sədri AKP-yə keçdi - Ərdoğan nişanlarını taxdı
21:03 29.09.2026
Gündəm
Digər stansiyalarda da pulsuz gediş tətbiq oluna bilər
20:58 29.09.2026
İnfrastruktur
Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
20:50 29.09.2026
Hadisə
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region