Rusiya DİN: Azərbaycanlılar və çeçenlər arasında baş verən insidentlərlə əlaqədar vəziyyət tam şəkildə nəzarət altındadır
16:57 16.02.2019
Arxiv
579
Ötən gün Moskvada azərbaycanlılar və çeçenlər arasında baş verən və geniş ictimai rezonansa səbəb olan hadisələrlə əlaqədar vəziyyət tam şəkildə şəhər hakimiyyəti və polisin nəzarəti altındadır, münaqişənin genişlənməsinə imkan verilməyəcək və bütün lazımi tədbirlər görüləcək.
Trend-in Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi polis general-leytenantı Baranov Oleq Anatolyeviç Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi polis general-mayoru Əkbər Yusifov ilə görüşü zamanı bildirib.
Səfirliyin mətbuat xidmətini məlumatında deyilir: "Geniş ictimai rezonansa səbəb olan və bu ərəfədə baş verən hadisələrlə əlaqədar 16 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin nümayəndəsi polis general-mayoru Əkbər Yusifov ilə Rusiyanın Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin rəisi polis general-leytenantı Baranov Oleq Anatolyeviç arasında görüş keçirilib.
Görüş zamanı yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb və insidentin eskalasiyasının qarşısının alınması üzrə tədbirlər müzakirə edilib. Səfir Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəisini Azərbaycan və Çeçen xalqlarını birləşdirən dostluq və mehriban qonşuluq hissləri, eləcə də Moskvanın çoxmillətli meydançasında münaqişə vəziyyətinə gətirib çıxara biləcək təxirəsalınmaz tədbirlərin görülməsini tələb edən bu cür insidentlərin yolverilməzliyi barədə məlumatlandırdı. Cənab Baranovun sözlərinə görə, hər iki insidentlə bağlı operativ iş aparılır, xüsusilə də Moskvadakı "Neolit" kafesinə hücum faktı ilə bağlı yaxın zamanda ittihamlar irəli sürüləcək, həmçinin taksi sürücünün qətlə yetirilməsi ilə bağlı intensiv şəkildə istintaq aparılır və cinayətkarların şəxsiyyətləri müəyyən olunacaqdır. İş məhkəməyə təqdim ediləcək və ictimaiyyət bu barədə məlumatlandırılacaqdır.
General-leytenant həmçinin bildirdi ki, vəziyyət tam şəkildə şəhər hakimiyyətin və polisin nəzarəti altındadır, münaqişənin genişlənməsinə imkan verilməyəcək və bütün lazımi tədbirlər görüləcəkdir.
Görüş zamanı internetdə 4-6 nəfərin həlak olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatın yayıldığı qeyd olunmuş və sosial şəbəkələrdə yer almış yalnız düşmənçilik mühitin yaradılması məqsədini güdən bu cür təxribatlara uymaması xahişi səsləndirilib.
Dünən Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov tərəfindən bəyanat verilmiş, hansında o bu insidentin Azərbaycan və Çeçen xalqları arasında mövcud olan tarixi köklərə əsaslanan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirməyəcəyini bildirmişdir.
Həmçinin, səfir dünən və bu gün həmin məsələ ilə məşğul olan azərbaycanlılarla bir sıra görüşlər keçirmiş, bununla əlaqədar olaraq, səfirlik jurnalistlərə və məsələdə düzgün mövqe tutan bütün insanlara təşəkkürünü bildirir.
Bir daha feyk məlumatlara və təxribat xarakterli bəyanatlara inanmamağa çağırırıq. Səfirlik həmin məsələ ilə bilavasitə məşğuldur və vəziyyətin gələcək inkişafı barədə ictimaiyyətə məlumat verəcəkdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya