"Rusiya nə qədər Qarabağda sülh və sabitlik istəyirsə..." - Ərdoğan
12:10 23.10.2020
Arxiv
512
“Azərbaycan haqlı tələbini ortaya qoyur. Prezident İlham Əliyevin tələbini bir kənara qoymaq mümkün deyil. Azərbaycan deyir ki, Ermənistan bu problemin həllində Rusiyanı təklif edirsə, biz də Türkiyəni təklif edirik. Rusiya nə qədər Qarabağ problemilə bağlı sülh və sabitlik istəyirsə, Türkiyə də ən azı o qədər istəyir”.
APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən belə deyib.
Ərdoğan deyib ki, Türkiyə ATƏT-in Minsk qrupunün üzvü olduğu üçün məsələnin diplomatik yollarla həllində ölkəsinin yer alması mümkündür və buna görə, indiyədək Rusiya tərəfdən əks bir mövqe olduğunu eşitməyib: “Rusiyanın bu məsələdə Türkiyə ilə bağlı mənfi münasibəti haqqında açıqlamalar yoxdur. Var deyənlər, öz qənaətlərini ortaya qoyurlar. Bizim Rusiya ilə istər Suriya, istər Liviya məsələsilə bağlı ortaq fəaliyyətlərimiz var. Ümid edirik ki, Azərbaycan-Ermənistan məsələsində də müvafiq addımlar ataraq regionda sülhü bərqərar edərik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə gözlənilən qanun imzalandı
20:47 04.08.2026
Dünya
Bakıda daha bir evdən qadın meyiti tapıldı
20:35 04.08.2026
Hadisə
Yəmən donanması Hindistan gəmisinin heyətini xilas etdi
20:17 04.08.2026
Dünya
Dəfn pulu ilə bağlı rəsmi açıqlama
20:09 04.08.2026
Sosial
Zelenski: Ukrayna Avropa İttifaqına tamhüquqlu üzv olmağa çalışır
19:40 04.08.2026
Dünya
"Qanunsuz miqrantlarla bağlı üç əsas ssenari var" - Deputat
19:33 04.08.2026
Aktual
Baxçalı "Çərçivə qanun" təklifini imzaladı
19:00 04.08.2026
Gündəm
ABŞ “Tramp marşrutu” üçün maliyyəni iki dəfə artırdı
18:32 04.08.2026
Gündəm
ABŞ Rusiya MN-in bir sıra strukturlarına sanksiya tətbiq edib
18:17 04.08.2026
Gündəm
Hayk Koncoryan Ermənistan Parlamentinin vitse-spikeri seçilib
17:41 04.08.2026
Region
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:31 04.08.2026
Sağlamlıq
Qazaxıstan Prezidenti Ermənistana səfər edəcək
17:19 04.08.2026
Dünya
Tanınmış jurnalist tarixçilərə təşəkkür etdi
17:18 04.08.2026
Elm və Təhsil