Rusiyada silahlı şəxs təyyarəni qaçırtmağa cəhd etdi
12:21 22.01.2019
Arxiv
372
Təyyarə enən kimi güc strukturlarının əməkdaşları “terroçunu” həbs ediblər
Surqutdan Moskvaya uçan "SU1515" reysini həyata keçirən təyyarə Xantı-Mansiyskidə eniş edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "RİA Novosti"yə "Aeroflot" şirkətindən bildirilib. Məlumata əsasən ştatdankənar enişə səbəb sərnişinlərdən birinin tələbi olub.
"Ştatdankənar enişə səbəb olan sərnişinin adı Paveldir. Onun 41 yaşı var" - deyə mənbə agentliyə bildirib. Onun sözlərinə görə, təyyarə Surqutdan havaya qalxarkən o 14A yerində əyləşib.
Həmin şəxs marşrutu dəyişməyi tələb edib. Lakin ekipaj üzvləri onu əlavə yanacaq üçün Xantı-Mansiyskdə enməli olduqlarına inandıra bilib.
Öz növbəsində "REN TV" məlumat yayıb ki, sərnişin silahlıdır və o təyyarənin marşrutunun dəyişdirilərək Əfqanıstana uçmasını istəyir. Telekanalın məlumatına görə təyyarənin göyərtəsində 69 sərnişin, və 7 ekipaj üzvü var.
Təyyarə Xantı-Mansiyskidə enən kimi güc strukturlarının əməkdaşları "terroçunu” həbs ediblər. Şahidlər bildirir ki, o, hava limanı binasına aparılıb.
Hazırda sərnişinlər yoxlanılır. Təyyarəyə baxış keçiriləndən sonra Moskvaya yola salınacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Ağıllı insan müharibədən uzaq durar
16:25 31.08.2026
Region
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm
Məsud Pezeşkian: İran müharibənin davam etməsində maraqlı deyil
14:57 31.08.2026
Region
Laçının Ağbulaq kəndində “Xatirə bulağı” istifadəyə verilib
14:47 31.08.2026
Qarabağ
Çinin Avropaya Rusiya ilə bağlı gizli vədi üzə çıxdı
14:41 31.08.2026
Dünya
Xameneinin SEPAH-dakı nümayəndəsi öldürüldü
14:30 31.08.2026
Gündəm
Bərdədə 38 yaşlı qadın dördüncü mərtəbədən yıxıldı
14:22 31.08.2026
Hadisə