Rusiyalı analitik: Azərbaycanın "Şimal-Cənub" layihəsində iştirakı dövlətin siyasi statusunu artırır
15:17 19.06.2019
Arxiv
578
Rusiyanın energetika naziri Aleksandr Novakın səsləndirdiyi Azərbaycan, Rusiya və İran arasında dəmir yollarının birləşdirilməsi üzrə layihənin reallaşdırılması qərarı böyük ehtimalla "Şimal-Cənub” meqalayihəsinin tərkib hissəsi olan Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisi ilə bağlıdır.
Bunu Trend-ə rusiyalı analitik İvan Pyatibratov deyib.
O qeyd edib ki, Astara-Rəşt-Qəzvin dəmir yolunun tikintisi barədə saziş 2005-ci ildə imzalanıb, ona görə də söhbət yeni tikintinin işə salınmasından yox, əlavə razılaşmalardan gedir.
Analitikin sözlərinə görə, bu layihəyə bu cür diqqət qanunauyğundur:
"Astara-Rəşt-Qəzvin "Şimal-Cənub” dəhlizinin tərkibidir, ona görə də layihənin tikintisi nə qədər tez başa çatsa, yaxşıdır. Bu, həm də onunla bağlıdır ki, layihənin özü bu dəmir yoluna görə tənqidlərə məruz qalır. Dəmiryol xətlərinin ölçü fərqləri, layihənin hazırlanması zamanı Rusiya ilə İran arasında birbaşa əlaqənin olmaması meqalayihə ilə bağlı şübhələr oyadırdı.
Astara-Rəşt-Qəzvin dəmir yolunun reallaşdırılmasından üzv ölkələrin bonusları aşkardır: Rusiya geosiyasi mövqelərini möhkəmləndirən "Şimal-Cənub” dəhlizinin tikintisini başa çatdırır və Yaxın Şərqdə mövcudluğunu gücləndirir.
Azərbaycan maliyyə axınının artması ilə bağlı iqtisadi bonuslar əldə edir və eyni zamanda dövlətin siyasi statusunu artırır. İran isə ticarət axını sayəsində öz maliyyə vəziyyətini düzəldir və ABŞ-ın məruz qoyduğu təcriddən çıxa bilər. İranın bu layihənin gətirəcəyi investisiyalara ehtiyacı var”.
İ.Pyatibratov əlavə edib ki, avqust ayında Soçidə üç ölkənin prezidentləri görüşəcək və "Şimal-Cənub” layihəsini müzakirə edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol