Rusiyanın 4 veb saytı sanksiyalara məruz qalıb
07:07 16.04.2021
Arxiv
374
Azər Həsrət: "Bu cür məsələlərin sanksiyalarla tam olaraq həllini tapacağına inanmıram"
Rusiyanın dörd veb saytı ABŞ tərəfindən sanksiyalara məruz qalıb. Bunların “İnfoRos”, “Strategic Culture Foundation”, “SouthFront” və “NewsFront” olduğu bildirilib. Bu müəssisələr FTX, Xarici Kəşfiyyat Xidməti və Baş Kəşfiyyat İdarəsi ilə əlaqədə ittiham edilib. Sanksiyaların tətbiq edildiyi şirkətlər arasında “Putinin aşpazı” kimi tanınan Priqojinin də Afrikada fəaliyyət göstərən şirkətlərindən biri yer alıb.
Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən tanınmış jurnalist, siyasi-şərhçi Azər Həsrət bildirib ki, ümumiyyətlə, Amerika Birləşmiş Ştatlarının dünyanın hər tərəfində sanksiyalardan uyğun bir şəkildə istifadə etmək praktikası var:
"Açığı deyim ki, sanksiyaların konkret veb saytlarına tətbiq olunması ilə bağlı təcrübə elə də tez-tez rast gəlinən təcrübə deyil. Yəni şəxslər, şirkətlər ayrı-ayrı qurumlar təbii ki, bunlar sanksiyaya məruz qalır. Amma konkret informasiya yayımı üçün nəzərdə tutulmuş saytlara sanksiyanın tətbiq edilməsi səhv etmirəmsə, ilk belə hadisədir. O baxımdan təbii ki, diqqət çəkəndir. Hər halda hesab edirəm ki, Amerika Birləşmiş Ştatlarında o saytlar dərindən araşdırılıb və öyrənilib. Çox güman ki, bütün dünya üçün zərərli sayıla biləcək fəaliyyətlə məşğul olduqlarına görə onlara sanksiya tətbiq edilib. Lakin istənilən halda bu cür məsələlərin sanksiyalarla tam olaraq həllini tapacağına inanmıram. Çünki veb saytının birinə sanksiya qoyulsa da, digərini qurmaq mümkündür.
Təbii ki, eyni fəaliyyəti və eyni istiqaməti yenə də davam etdirəcəklər. Hesab edirəm ki, ABŞ veb saytlara sanksiya tətbiq etməklə, nəyəsə nail olmaq mümkün deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Adriana Lima ilk dəfə qızları ilə
03:23 25.04.2026
Şou
Səhər yeməyini saat 11-ə qədər yeyin, ömrünüzü 20 il uzadın
02:35 25.04.2026
Sağlamlıq
Tramp: Ağ Ev Cənubi Qafqazda sabitliyə töhfə verir
01:36 25.04.2026
Cənubi Qafqaz
Tanınmış model indi çörək satır
01:10 25.04.2026
Şou
Hakan Fidan Hörmüz boğazı ilə bağlı iki ssenarini açıqlayıb
00:22 25.04.2026
Region
Qonşular arasında dava: Bıçaqlanan var
23:35 24.04.2026
Hadisə
Ağ Ev Uitkoff və Kuşnerin Pakistan səfərini təsdiqləyib
23:11 24.04.2026
Dünya
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region