Rusiyanın ən zənginlərinin SİYAHISI: beş azərbaycanlı da var
12:27 02.03.2017
Arxiv
417
"Forbes” jurnalı 2016-cı ilin yekunlarına əsasən Rusiyanın ən zəngin şəxslərinin siyahısını açıqlayıb.
"APA-Economics”xəbər verir ki, reytinqdə 200 iş adamının adı yer alıb.
Onlardan 5-i Azərbaycan əsillidir. Bunlar Vahid Ələkbərov, Zarax İliyev, Qod Nisanov, Araz Ağalarov və Fərhad Əhmədovdur.
Ötən il 3,3 mlrd. dollar itirən Vahid Ələkbərov 2015-ci illə müqayisədə 3 pillə geriləyərək 9-cu pillədə qərarlaşıb. 2017-ci ilin yanvar ayının 1-ə soydaşımızın sərvəti 8,9 mlrd. dollar dəyərində qiymətləndirilib.
Ard-arda bir neçə il Rusiyanın "daşınmaz əmlak kralları” (daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edənlər) reytinqinə başçılıq edən və biznes ortağı olan Zarax İliyev və Qod Nisanov iki pillə geriləyiblər. Əslən Qubanın "Krasnaya Slaboda" kəndindən olan iş adamlarının hər ikisi 1,1 mlrd. dollar itirərək 3,2 mlrd. dollarlıq sərvətlə 26 və 27-ci yerləri bölüşüb.
Ötən ili stabil keçirən Fərhad Əhmədov 6 pillə irəliləyərək reytinqin 51-ci pilləsində qərarlaşıb. Göyçaylı iş adamının 1,4 mlrd. dollarlıq sərvəti var.
2016-cı ildə 700 mln. dollar itirən Araz Ağalarov 9 pillə geriləyərək 1,1 mlrd. dollarlıq sərvətlə 55-ci pillədə qərarlaşıb.
Ümumilikdə reytinqə daxil olan soydaşlarımızın 17,8 mlrd. dollarlıq sərvəti var.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya