"SSRİ-nin sələfi kimi yanar ocaqların da yaranmasında Rusiyanın rolu müstəsna deyil. İndi isə onları söndürmək üçün əsas oyunçulardan, açar fiqurlardan biridir"
"... Rusiyanın planı var"
14:15 15.11.2017
Arxiv
1192
Arzu Nağıyev: "Bu gün artıq Rusiya öz nüfuzunu bərpa etmək, regionda məsələlərin həllində bir addım öndə olmaq, Fransa və ABŞ-ı üstələmək üçün belə addımlar atır"
"SSRİ-nin sələfi kimi yanar ocaqların da yaranmasında Rusiyanın rolu müstəsna deyil. İndi isə onları söndürmək üçün əsas oyunçulardan, açar fiqurlardan biridir"
"SSRİ-nin sələfi kimi yanar ocaqların da yaranmasında Rusiyanın rolu müstəsna deyil. İndi isə onları söndürmək üçün əsas oyunçulardan, açar fiqurlardan biridir"
"Rusiya xarici işlər naziri Sergey Lavrovun ölkəmizə səfər planı, İrəvanda və Bakıda görüşlər keçirməsi haqqında anonslar verilir. Burada əsas mahiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli ola bilər”.
Bunu "Sherg.az”a xarici işlər naziri Elmar Məmmədyarovun Moskva səfərindən danışarkən analitik Arzu Nağıyev deyib.
O bildirib ki, noyabrın 19-20-də baş tutacaq Rusiya XİN rəhbərinin Bakı səfərində əsas məqamlardan biri də Ermənistan-Azərbaycan XİN rəhbərlərinin görüşünün keçirilməsi olacaq:
"Bu gün artıq Rusiya öz nüfuzunu bərpa etmək, regionda məsələlərin həllində bir addım öndə olmaq, Fransa və ABŞ-ı üstələmək üçün belə addımlar atır. Bundan əlavə SSRİ-nin sələfi kimi yanar ocaqların da yaranmasında Rusiyanın rolu müstəsna deyil. İndi isə onları söndürmək üçün əsas oyunçulardan, açar fiqurlardan biridir.
Bu gün E. Məmmədyarovun Moskvaya səfər etməsi də danışıqların elementi kimi qeyd edilməlidir. Ölkə başçısı İlham Əliyev də çıxışında qeyd etdi ki, biz Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində danışıqlara getməyə hazırıq. Lakin ermənilərin status-kvonu saxlamaq üçün danışıqları danışıq naminə danışıqdır. Rusiya isə ATƏT-in Minsk qrupunun həmsədri kimi, bütün dünyaya danışıqların bərpasında maraqlı olduğunu göstərməyə çalışır”.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin hazırda Moskvada olduğunu xatırladan A.Nağıyevin sözlərinə görə, orada mühüm görüş keçirmək istəyirlər:
"Lakin həmsədrlər deklorativ bəyanatlar verməkdən geri çəkilməsələr, bu görüşlər nəyə lazımdır? Ona görə, S.Lavrov Sankt-Peterburq, Kazan protokolları haqqında açıqlama da vermişdi. Bir daha görk etmək istəyirlər ki, Rusiyanın planı var. Bunun gerçəkləşməsi üçün Ermənistan və Azərbaycan tərəflərinin addımları lazımdır. Ümumilikdə, görüşlərin mahiyyəti bundan ibarətdir.
Görüş naminə görüşün keçirilməsi də dəyərləndirilməlidir. Azərbaycanın suverenliyinə uyğun olmayan istiqamətdə istifadə edirlərsə, bu görüş keçirilməsə, yaxşıdır.
Baxmayaraq ki, Türkiyə və Rusiya prezidentlərinin görüşündə də Dağlıq Qarabağla bağlı proqnozlar verilmişdi, lakin heç bir prezident öz mətbuat konfransında bu haqda danışmadı. Düşünürəm ki, bu görüşün də müəyyən rolu oldu. Regional, böyük layihələrin həyata keçirilməsi üçün regionda təhlükəsizlik məsələsi müzakirə olunmalıdır. Əsas məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bütün proseslər bu istiqamətə yönəlib”.
Qeyd edək ki, XİN rəhbəri bu gün axşam Moskvaya yola düşür. Sabah isə həmsədrlərlə görüş keçirilməsi planlaşdırılıb.
E.Məmmədyarov Braziliyanın xarici əlaqələr naziri Aloyzio Nunyes Ferreira ilə Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında səfər haqqında danışıb və bildirib ki, münaqişənin həllinin vaxtı çatıb.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi
AKP Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
11:19 08.11.2026
Siyasət