"...Rusiyaya qarşı sanksiya varsa, Ermənistana da tətbiq edilməlidir"
13:44 20.11.2017
Arxiv
581
"Avropa Birliyinin (Aİ) daxilində də bir sıra ölkələr, erməni diasporu, onların arxasında duranlar Azərbaycana qarşı informasiya müharibəsi aparır”.
Bunu "Sherg.az”a prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənovun "Dağlıq Qarabağ münaqişəsi kimi hələ də həllini tapmamış problemlər Azərbaycanın Aİ ilə yüksək səviyyədə tərəfdaşlıq münasibətlərinin inkişaf etməsinə maneçilik törədir” fikirlərinə münasibət bildirərkən millət vəkili Asim Mollazadə deyib.
Deputat bildirib ki, münaqişənin həll olunmaması əslində bölgədə, sabitliyin, tərəfdaşlığın qarşısını alır:
"Dağlıq Qarabağ münaqişəsi Aİ ilə əlaqələrin inkişafına əsas maneədir. Buna baxmayaraq, Avropadan Ermənistana qarşı sanksiya tələbinin qəbul olunacağını düşünmürəm. Krım və Donetskə görə Rusiyaya qarşı sanksiya varsa, məntiqlə Ermənistana da tətbiq edilməlidir. Azərbaycan ərazilərini işğal etmiş işğalçı dövlətə qarşı ən sərt sanksiyaları qəbul etmək lazımdır”.
Qeyd edək ki, bu gün Belçikanın paytaxtı Brüssel şəhərində "Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilib.
Forumda çıxışı zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Ə. Həsənov bildirib ki, münaqişə ilə bağlı BMT-nin, o cümlədən Aİ-nin müvafiq qətnamələrinin tələblərinə baxmayaq, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir:
"Hesab edirəm ki, Aİ-nin işğalçı dövlətə qarşı sərt mövqedən çıxış etməsi bu qurumla Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirən növbəti mühüm faktorlardan biri ola bilər”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə