Ruslar Donald Trampı “sülhün namizədi” adlandırıb




Amerikada prezidentliyə namizədlər Donald Tramp və Hillari Klintonla bağlı Rusiyada fərqli yanaşmalar mövcuddur. 

Sherg.az Fransanın "Lemonde” qəzetinə istinadən xəbər verir ki, Rusiya vətəndaşları D.Trampı "sülhün namizədi” Hillari Klintonu isə "müharibənin namizədi” adlandırıb.

 Qəzetin məlumatına görə, hətta Rusiyanın "Rosiskaya qazeta ” nəşri də H.Klintonu müharibə tərəfarı olan namizəd kimi qələmə verib. Amerikanın "WIN/Gallup” institutu dünyann 45 ölkəsində D.Tramp və H.Klintonla bağlı sorğu keçirib. Sorğunun nəticəsi olaraq Rusiya vətəndaşlarının 33 faizi D.Trampı, 10 faizi isə onun opponenti H.Klintonu dəstəkləyib. İnstut rəhbərliyi isə bu nəticəni Putin və Obama arasındakı gərginliklə izah edib. Qeyd olunub ki, H.Klinton Obama siyasətçini davam etdirəcəyi üçün Rusiya hökuməti və vətəndaşları D.Trampa üstünlük verir.

http://www.lemonde.fr/elections-americaines/article/2016/11/05/les-russes-choisissent-donald-trump-candidat-de-la-paix_5025991_829254.html

Ayyət Əhməd