Sabah BMT Baş katibinin köməkçisi Azərbaycana gəlir





Sabah BMT Baş katibinin köməkçisi xanım Miryana Spolyariç Eqqer Azərbaycana gələcək.

UNDP-dən "Report"a verilən məlumata görə, BMT İnkişaf Proqramının (BMTİP) rəhbərinin müavini və qurumun Avropa və MDB üzrə regional bürosunun direktoru üç gün davam edəcək səfər çərçivəsində bir sıra tədbirlərin açılışında iştirak edəcək.