Sabah sulu qar və qar yağacaq
10:21 18.02.2019
Arxiv
653
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Sherg.az"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yağış yağacağı, yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi proqnozlaşdırılır. Havanın temperaturu gecə və gündüz 2-3° isti olacaq, gecəyə doğru 0°-yə yaxınlaşacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, yağıntının bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4°, gündüz 5-8° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.
Tibbi-meteoroloji proqnoza görə, fevralın 19-da Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, xəzri küləyinin güclənəcəyi və hava şəraitinin yağıntılı olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Xəbərdarlığa əsasən, Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-na keçən gecədən başlayaraq fevralın 20-dək hava şəraitinin dəyişəcəyi, yağış yağacağı, yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, sürəti saniyədə 15-20 metr olacaq, arabir 23-25 metrədək güclənəcək. Fevralın 19-da havanın temperaturu ötən günlərlə müqayisədə 6-8° enəcək, gün ərzində 2°-yə yaxın isti olacaq.
Azərbaycanın əsasən şimal və şərq rayonlarında fevralın 18-i axşamdan 20-si səhərədək havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı rayonlarda intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə sürəti arabir saniyədə 20-25 metrədək güclənəcək. Fevralın 19-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət