Sabahın hava proqnozu açıqlandı - Yağmursuz olacaq
10:27 29.07.2018
Arxiv
644
İyulun 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu və yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sherg.az-a verilən məlumata görə, sabah şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-26°, gündüz 32-37° isti, Bakıda gecə 24-26°, gündüz 35-37° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-60 %, gündüz 35-45 % olacaq.
Abşeronun Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu 27-28° isti təşkil edəcək. Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) Şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu 28-29° isti təşkil edəcək.
Azərbaycanın rayonlarına gəldikcə iyulun 30-da hava yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz 34-39° isti, dağlarda gecə 14-19°, gündüz 23-28° isti təşkil edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya