Sabiq bank əməkdaşına AĞIR CƏZA tələbi




Sabiq bank əməkdaşı olmuş və külli miqdarda mənimsəmədə təqsirləndirilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı çıxışında İ.Qasımovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, İ.Qasımov əvvəllər "Kapital Bank"da, daha sonra VTB Bankda işləyib. O, işdən çıxdıqdan sonra Rusiyaya gedib və beş il orada yaşayıb. Onun barəsində beynəlxalq səviyyədə axtarış elan edilib və tutularaq Azərbaycana gətirilib.

İ.Qasımov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə) və digər maddəsi ilə ittiham olunur.