Sabiq MTN-çi konqresmenə haqq qazandırdı:"Din adı ilə ölkəmizə soxulublar"
14:44 07.02.2017
Arxiv
1838
"1991-ci ildən, Azərbaycan müstəqillik qazanandan sonra İran agentura şəbəkəsi sözün həqiqi mənasında Azərbaycana soxuldu. Elə o amerikalı konqresmen düz deyir, soxuldular. Xüsusilə bu proses o vaxt baş verdi ki, 1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Məclisinin qərarı ilə Naxçıvanda Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyəti rəsmən dayandırıldı. O zaman Naxçıvana doluşdular. Naxçıvandan da bu üzə keçmək onlar üçün daha asan oldu".
Bunu Sherg.az-a ABŞ konqresmeni Ed Roysun "İran agentləri Azərbaycana soxulub" iddiasını çərh edərkən Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı İlham İsmayıl deyib.
Onun sözlərinə görə, bu illər ərzində də sərhədyanı bölgələrdə, şiə təriqətinə mənsub olan bölgələrdə mədrəsələr açmaqla, islam pərdəsi altında İranın kifayət dərəcədə agenturası Azərbaycana yerləşdirildi:
"Onların içərisində Azərbaycan vətəndaşlarından tutmuş İran vətəndaşlarına qədər var. Onlar gedib - gəlirdilər. Deyim ki, bu, yeni məsələ deyil. Təbii ki, məlum məsələ ABŞ və İsrail kəşfiyyatının nəzərindən qaçmayıb. İranın Azərbaycana təsirini, amerikalılar da bilir, biz də bilirik. İndiyə qədər də iranın Ermənistana olan isti münasibəti, separatçı ölkə ordusuna xüsusi qayğısı, Qarabağ ərazisində İran hərbiçilərinin köməyi ilə tikilmiş hərbi qurğular deməyə əsas verir ki, İran dövlət olaraq heç də Azərbaycana dost münasibəti bəsləmir. Və bizim müstəqil olmağımızı qəbul eləmir.Bunlar faktdır. Bu mənada konqresmenin fikirlərində bir yenilik görmürəm. Bu, az qala 20 ildən çoxdur başlayan və indiyə qədər davam edən prosesdir".
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr palatasının xarici işlər üzrə komitəsinin rəhbəri, respublikaçı Ed Roys "İsrael Project" forumu zamanı İranın Azərbaycanın işlərinə müdaxiləsi ilə bağlı sensasion bəyanatla çıxış edib. O, İranın Azərbaycan üçün də "təhdid olduğunu" deyib. Onun sözlərinə görə, hazırda İran agentləri Azərbaycana soxulur, kəndlərdə insanları öz tərəflərinə çəkir, onlara bildirir: "Siz dünyəvi hökuməti niyə dəstəkəyirsiniz? Siz şiələrsiniz". Konqresmenin fikrincə, bu fəaliyyətlə məhz İnqilab Keşikçiləri Korpusu məşğuldur.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyədə silahlı atışma: ölənlər var
00:20 03.10.2026
Gündəm
"Disney" yüzlərlə işçini ixtisar edəcək
22:59 02.10.2026
Maraqlı
Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...
22:41 02.10.2026
Gündəm
BMT: Son dörd ildə ərzaq qiymətləri pik həddə çatıb
21:45 02.10.2026
Sosial
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol