Sabiq nazirin avtomobili cərimə meydançasına aparıldı
10:49 02.03.2017
Arxiv
665
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun avtomobili cərimə meydançasına aparılıb. Lent.az xəbər verir ki, bu barədə sabiq nazir özü sosial şəbəkədə yazıb. Belə ki, aeroport şosesində Azərbaycanın keçmiş xarici işlər naziri, general rütbəsinə bərabər fövqəladə və səlahiyyətli səfir titulu daşıyan Tofiq Zülfüqarov maşınından düşürülüb və avtomobil cərimə meydançasına aparılıb.
Səbəb isə onun 10 AA 102 dövlət nömrə nişanlı avtomobilə magistral yolda bir qədər gec yol verməsi olub. Nəticədə yol polisi əməkdaşlarına Tofiq Zülfüqarovun ailəsinin də olduğu maşını saxlamaq və cərimə meydançasına aparmaq göstərişi verilib.
Hadisə ilə bağlı Tofiq Zülfüqarov feysbuk səhifəsində belə yazıb:
"Mən söz vermişdim ki, Ermənistan-Azərbaycan münaqişəsindən başqa mövzulara toxunmayacam, lakin vəziyyət məni istisnalar etməyə vadar edir. Bu axşam öz ailəm ilə birlikdə Mərdəkandakı evimə qayıdırdım. Başıma xoşagəlməz və heyrətamiz hadisə gəldi. Arxamca gələn hansısa maşın, baxmayaraq ki, hərəkət çox intensiv idi və heç bir zolaqlarda yol yox idi, işıq siqnalları verirdi. Əsəbi-isterik vəziyyət yaradırdı. İşıqdan gözümü kor edirdi. İmkan yaranan kimi ona yol verdim və qarşıya buraxdım. Amma bundan sonra həmin maşın da sürəti azaltdı.
Saatda 120 kilometr sürət həddi olan yolda əyləci basdı. Görəndə ki, qarşımda hansısa qeyri-adekvat və aqressiv insandır, ona işıq siqnalı verdim. Ötmə əməliyyatı edərək sağ zolağa keçdim. Elə bu anda bir patrul maşını mənə çatdı. Maşını saxladım. Polis inspektoru mənə bildirdi ki, qaydaları pozmuşam. Sən demə, onun hansısa böyük bir vəzifəsi var imiş və mənə BMW avtomobilinin üzlüyünün altındakı mayak işıqları ilə siqnal veribmiş. Açığı deyim ki, mənim maşınım böyükdür və o avtomobilin üzlüyü arxasında hansı işığın yandığı görünmür. Bu video reqistratora da düşüb. Əgər həmin mayak maşının üstündə quraşdırılmış olsaydı, əla görünərdi. Patrul əməkdaşları böyük hörmətlə mənim sənədlərimi yoxladılar, alkoqol testi keçirdilər və içkili olmadığımı gördülər.
Bundan sonra mənə bildirdilər ki, maşında Şəhər Polis İdarəsindən hansısa general var. Dedilər ki, onlara göstəriş verilib ki, mənim maşınımı cərimə meydançasına aparsınlar. "Nə üçün?" sualına isə cavab verdilər ki, heç bir irad tuta bilmirlər və hətta heç protokol da yazmadılar. Mən onların tələblərini yerinə yetirdim və onlar özləri məni evə gətirdilər. Dediklərimin sübutu üçün maşındakı video reqistratorub qeydlərini də sizə təqdim edirəm.
Əgər ciddi desək, lap gənc yaşlarımdan mənim bu görünməz generaldan daha böyük imtiyazlarım olub. Lakin mən heç vaxt bu imtiyazlarımdan sui-istifadə etməmişəm. Çox ləyaqətli insanlar olan sürücülərim və mühafizəçilərim "seçilmiş olduqlarını" nümayiş etdirməyiblər. Açığı desəm, mənim səfir rütbəm, ən yüksək diplomatik rütbədir. Bu, general rütbəsinə bərabər bir rütbədir. Mənə bu rütbəni 1998-ci il 15 yanvar tarixində Prezident Heydər Əliyev verib və buna görə hər zaman qürur duymuşam".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin: Müharibəni biz yox, Ukrayna başladıb
20:14 01.10.2026
Aktual
Fransadan sonra Belçikada da şagirdlər kütləvi etiraza qalxdı
20:09 01.10.2026
Dünya
Britaniya səfiri İran XİN-ə çağırılıb
19:48 01.10.2026
Dünya
Muxtar Babayev Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşdü
19:31 01.10.2026
Siyasət
Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub
19:16 01.10.2026
Dünya
Çinlə əlaqələrimizin kökü əsrlər əvvələ gedib çıxır - ŞƏRH
19:14 01.10.2026
Gündəm
Türkmənistan və Ermənistan iqtisadi əməkdaşlığı genişləndirir
18:36 01.10.2026
Gündəm
"Bavariya" Noyerə alternativ axtarır
18:29 01.10.2026
Futbol
Hacıqabulda minik maşınları toqquşub, 4 nəfər xəsarət alıb
18:22 01.10.2026
Hadisə
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edilib
18:13 01.10.2026
Ölkə
ZemiS - təbiətin saf gücünü süfrələrə gətirən yerli brend
18:11 01.10.2026
Ölkə
“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb
17:07 01.10.2026
Sağlamlıq
Məsud Pezeşkian: İran ABŞ ilə danışıqlardan qaçmaq niyyətində deyil
16:51 01.10.2026
Dünya