O qeyd edib ki, işğal olunmuş torpaqlarımızda yerləşən cinayətkar rejim beynəlxalq hüquq normalarını nəzərə almır:
Şahbaz və Dilqəmin azad olunması üçün nələr edilməlidir ? - Deputatdan REAL İZAH
12:56 19.07.2018
Arxiv
763
"İşğal olunmuş ərazilərimizdə girov saxlanan azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev haqqında beynəlxalq təşkilatlar, eyni zamanda hüquq sistemləri qarşısında işlərimizi davam etdirməliyik”.
Bunu "Sherg.az”a Vəkillər Kollegiyasının sədri Anar Bağırovun Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı görülən tədbirlər haqqında fikirlərinə münasibət bildirərkən millət vəkili Asim Mollazadə söyləyib.
O qeyd edib ki, işğal olunmuş torpaqlarımızda yerləşən cinayətkar rejim beynəlxalq hüquq normalarını nəzərə almır:"Ermənistana qarşı beynəlxalq təşkilatlar tərəfindən sanksiya tətbiq olunmasa, bu rejimi yola gətirmək mümkün deyil. Bu vəziyyət davam etdikcə, Ermənistan beynəlxalq hüququn heç bir prinsipinə riayət etməyəcək. Lakin Azərbaycan bu istiqamətdən öz işlərini davam etdirməlidir. Beynəlxalq təşkilatların qarşısında girovların hüquqlarını müdafiə tədbirlərini artırmalıyıq. Həmçinin dünya birliyindən Ermənistanın cinayətləri ilə bağlı müvafiq qərarlar verilməsini tələb etməliyik”.
Qeyd edək ki, Vəkillər Kollegiyasının sədri Anar Bağırov ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı Avropa Məhkəməsi ilə yazışmaların davam etdirildiyini açıqlayıb. O bildirib ki, oradan gələn bütün sorğulara cavab hazırlanaraq göndərilir.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə