Sahibkarlığa Kömək Milli Fondu Astarada investisiya layihələrinin qəbuluna başlayır




İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Astara rayonunda işgüzar forum keçirib. 

Qurumdan Sherg.az-a verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

* İxtisaslaşdırılmış "yaşıl market”, cins heyvandarlıq, çayçılıq, istixana, arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı) və bağçılıq təsərrüfatlarının və meyvə emalı müəssisəsinin yaradılması.

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: info@anfes.gov.az