“Sahibsiz heyvanları küçədən yığışdırmağa gücümüz çatmaz”
09:20 15.11.2017
Arxiv
616
Bakıda xidmət vaxtı polis müstəntiqini küçə iti dişləyib. Hadisə paytaxtın Səbail rayonunda qeydə alınıb. Məlumata görə, heyvanlardan biri Səbail rayon Polis İdarəsinin müstəntiqi Anar Miralayevin sağ ayağının dizdən aşağı hissəsini gəmirərək parçalayıb.
Son vaxtlar sahibsiz itlər və onların yığışdırılması ilə bağlı çox danışılır, ancaq nəticə yoxdur. Bəs, sahibsiz heyvanların paytaxt ərazisindən birdəfəlik yığışdırılması nə vaxt mümkün olacaq?
Sahibsiz heyvanların yığışdırılması üçün güclü maliyyə vəsaitinin lazım olduğunu deyən Evsiz Heyvanların Müdafiəsi İctimai Birliyinin sədri Leyla Əlizadə bu istiqamətdə mühüm işlərin görülməli olduğunu bildirib.
Onun sözlərinə görə, sahibsiz heyvanlarla bağlı mübarizə şöbəsi bu sahədə heç bir iş görmür:
"Bir çox heyvansevərlər həmin şöbəyə gedib yemək aparırlar, lakin bu işləri şöbə özü görməlidir. Azərbaycanda hardasa 100 minə yaxın sahibsiz heyvan var. Şöbə belə heyvanlarla bağlı işlər görsəydi, gündəlik həyatda neqativ hallar yaşanmazdı. İndi itlərin qulaqlarına birka asırlar, guya onların təhlükəsizliyi yoxlanılır. Mən buna inanmıram.
Yəqin ki, bütün sahibsiz heyvanları birdəfəlik yığmaq mümkündür, ancaq gərək bunları hökumət eləsin. Bizim buna gücümüz çatmaz, biz öz pullarımızla heyvanları yedizdiririk, müalicə edirik. Bunun üçün çoxlu maliyyə lazımdır. Birkanı qulağa salmaqla deyil, inanmıram ki, sahibsiz itlərə peyvənd vururlar. Ancaq problemin aradan qalxması üçün maliyyə mənbələri və hökumətin köməyi lazımdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi
AKP Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
11:19 08.11.2026
Siyasət