
Şamaxıda yeniyetməni udan “Mavi balina”nın SİRRİ – Psixoloqdan tükürpədən açıqlama
19:50 13.11.2017
Arxiv
5033
“Oyun qurulur və “öz qurbanlar”ını gözləyir”
Son dövrlər bütün dünyada geniş yayılan və milyonlarla uşağı təhdid edən "Mavi balina” oyunu bir çox ailələrin qorxulu yuxusuna çevrilib. Uşaqları özündən asılı vəziyyətə gətirərək intihara məcbur edən oyunun qurbanlarının sayı yüzlərlədir. Rusiyada daha geniş yayılan və xeyli sayda gəncin intihar etməsinə səbəb olan oyun artıq ölkəmizdəki gənclərin də şüuraltına yeridilir.
Bəla kimi yayılan "Mavi balina” oyunu Şamaxı rayon Mədrəsə kəndində yaşayan 15 yaşlı Polad Məmmədovun ölümünə səbəb olub. Oktyabrın 13-dən 14-nə keçən gecə Mədrəsə kəndində faciə yaşanıb, 9-cu sinif şagirdi P.Məmmədov özünü həyətlərindəki yarımtikilidə asaraq, intihar edib.
Qeyd edək ki, yeniyetməlik dövrü ən həssas və valideynlərin ciddi diqqət yetirməli olduqları bir dönəmdir. Bəs, bu yaşlarda olan uşaqları "Mavi balina”ların torundan necə qorumaq olar? Onları mövcud sarsıntılardan, psixoloji gərginliklərdən azad etmək üçün valideynlər nələrə diqqət etməlidir?

Mövzu ətrafında psixoloq Fərqanə Mehmanqızı fikirlərini "Şərq”lə bölüşüb. Psixoloq bildirir ki, bu oyunlar çox yaxşı düşünülmüş marketinq proqramı vasitəsi ilə sosial şəbəkələrdə yayılır və kütlə yığır:
"Oyun qurulur və "öz qurbanlar”ını gözləyir. İştirakçılar oyuna qoşulur və admin gəlir, onlara oyunun qaydalarını öyrədir. Adminlər xüsusi profillə sistemə daxil olduqları üçün onları qara siyahıya atmaq olmur. Onlar hər yerinə yetirilən tapşırığa görə iştirakçını həddindən artıq tərifləyirlər, onun psixoloji durumu ilə oynayırlar. Hər hansı etapı keçə bilməyən oyunçulara isə həddindən artıq təhqirlər yağdırırlar, mənəviyyatını alçaldırlar, onları oyundan çıxarmaqla hədələyirlər. Hətta oyunçuları özlərindən asılı duruma salan adminlər onları öz valideynlərini öldürməyə də vadar edirlər. Beləliklə, bir insanın həyatı ilə oynayırlar. Nəhayət, ən son oyun oynanılır, dəfələrlə eyni turu keçə bilməyən iştirakçı sonda ağır cəza alır - özünü öldürmək, intihar. Onsuz da psixologiyası oyun adminlərinin əlində olan yeniyetməni intihara sürükləmək elə də çətin olmur. İştirakçı intihar edərək son oyunu oynayır və "qalib” gəlir”.
- Bəs hansı uşaq və yeniyetmələr bu oyuna meyl edir?
- Oyuna daha çox özünütəsdiqə ehtiyac olan uşaq və yeniyetmələr meyillənir. Belə problemi yaşayan uşaqların tərifə, uğura, liderliyə, özünü təsdiqə ehtiyacı var. "Mavi balina” oyunu onlara bu imkanı verir və bu imkanı verdikcə onları ətraflarından uzaq tutur. Belə uşaqlar valideyn sevgisindən uzaqdır, valideynlər övladlarına qayğını lazımi qədər göstərmir. Amma valideyndən soruşsan, "hər şey edirəm, hər cür təmin edirəm” deyəcək. Biz uşaqların yanında həm də mənəvi cəhətdən olmalıyıq. Onların uğurlarına sevinməli, hər zaman uğura motivə etməliyik. Övladı "o mənim əmrim altındadır” fikri ilə idarə etmək yox, dost kimi, şəxsiyyət kimi yanaşmalıyıq. Xüsusilə bu, yeniyetməlik dövrünə qədəm qoyanlar üçün zəruridir. Biz övladımızı şərtlə - "bunu etsən, səni daha çox sevəcəyəm, ağıllı olsan, səni daha çox sevəcəyəm” kimi deyimlərlə sevməməliyik.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi