Sarkisyanın durumu yaxşı deyil
20:38 27.03.2017
Arxiv
1194
Elə Azərbaycanı hədələməsi də bu stressin nəticəsidir
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 111 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, mövqelərimiz bir neçə istiqamətdən atəşə tutulub.
Qeyd edək ki, cəbhə bölgəsində vəziyyətin gərginləşməsi aprel döyüşlərinə hazırlıq kimi dəyərləndirilir. Ehtimallara görə, ötən il Azərbaycan ordusuna məğlub olan erməni əsgərləri qisas almaq və itirdiyi əraziləri geri qaytarmaq üçün hücum planı hazırlayır və Azərbaycanı təxribata çəkir.
Bəzi ekspertlər isə cəbhədəki gərginliyi hər iki tərəfin öz mövqeyini bərkitmək üçün hansısa hərəkətlərə başlaması ilə əlaqələndirir. Proqnozlara görə, bu zaman döyüşlər daha da gərginləşə bilir. Yəni mart-aprel aylarında cəbhə bölgəsində vəziyyət həmişə qaynar olur.
Ehtiyatda olan polkovnik-leytenant, hərbçi-ekspert Üzeyir Cəfərov isə "Şərq”ə açıqlamasında deyib ki, ötən il aprel ayında baş verən döyüşlər zamanı sarsıdıcı zərbə alan və uğursuzluğa düçar olan Ermənistanın siyasi və hərbi rəhbərliyi söz vermişdi ki, bu ilin aprelinə qədər həmin ərazilər Ermənistanın nəzarətinə qaytarılacaq:
"Aprel ayına bir həftə vaxt qalıb. Həmin ərəfədə isə Ermənistanda parlament seçkiləri keçiriləcək. Sarkisyanın durumu isə heç də yaxşı deyil. Onun yaxın silahdaşları, keçmiş xarici işlər naziri olan Ovanisyan, Vardan Oskanyan və sabiq müdafiə naziri Seyran Ohanyan Sarkisyanın hakimiyyətdən getməli olduğunu bəyan ediblər. Eyni zamanda Ermənistanın daxilində çox böyük gərginlik var, etiraz aksiyaları keçirilir. Bütün bunlar isə Sarkisyanda aqressiya yaradıb. Azərbaycanı "İskəndər”lə hədələməsi də bu stressin nəticəsidir. Bir növ də daxili auditoriyaya hesablanmışdı. Yoxsa ki, Sarkisyan həyatı boyu bu cür riskə gedə bilməz. Əks təqdirdə, amansız şəkildə cəzalandırılacağını yaxşı bilir”.
Aprel döyüşlərinin təkrarlanma ehtimalına gəldikdə isə ekspert deyib ki, istənilən halda Azərbaycan ordusu tədbirli olmalıdır. Ermənistanın təxribat törədərək bütün qoşunları təmas xətti boyunca vəziyyəti gərginləşdirə bilər”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi