Sarkisyanın partiyası Paşinyanın təklifini rədd etdi




Ermənistandakı müxalif qüvvələr başda Respublika Partiyası olmaqla, baş nazir Nikol Paşinyanın növbədənkənar parlament seçkilərinin dekabrda keçirilməsi ilə bağlı təklifini rədd ediblər.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onlar seçkilərin dekabr ayında keçirilməsini qəbuledilməz sayır.

"Biz növbədənkənar parlament seçkilərinin 2019-cu ilin yazında keçiriləcəyini təklif edirik” - deyə fraksiya rəhbəri Vaqram Baqdasaryan açıqlama verib.