"Sayt açıb, təhdid yolu ilə pul qazanmaq jurnalistika deyil, cinayət əməlidir"
13:34 14.02.2019
Arxiv
591
Mətbuat Şurasının (MŞ)qətnamə qəbul edib, hökm çıxarmaq kimi bir səlahiyyəti yoxdur. Şübhəsiz ki, reketçiliklə məşğul olan insanlara qarşı əksər hallarda ictimai qınaq effektiv nəticə verməyə bilər. Amma yanlışlığa yol verənlərə istiqamətlər göstərilir. Problemlərin aradan qaldırılması yönündə addımlar atılır".
Bu barədə "Sherg.az"a "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib. O qeyd edib ki, kimsə hər hansı sayt açıb, qarşısına təhdid yolu ilə vəsait qazanıb varlanmağı məqsəd qoyubsa, bu, artıq jurnalistikaya aid olmayan məsələdir, yəni cinayət əməlidir:
"Bu məsələ ilə bağlı hüquq mühafizə orqanları daha aktiv fəaliyyət göstərməlidir, göstərir də. Onların fəaliyyətlərində iki tərəf var. Birinci, mediadan öz korporativ maraqları üçün istifadə edən tərəfdir. Onlara "reket" jurnalistlər deyirik. Digər tərəfdə isə həmin reketləri bəsləyən ayrı-ayrı məmurlar dayanır. Bu işdə yalnız bir tərəfə qarşı mübarizə aparmaq effektiv nəticə vermir.
Digər tərəf - məmurlar da fəal olmalıdırlar. Ayrı -ayrı videolardan şahidi oluruq ki, bəzi qurumların nümayəndələri "reket" jurnalistlərə zəmin yaradırlar. Həmin reketlərə yazdıqları həqiqətə uyğun olmayan hər hansı bir yazıya görə, 1-2 dəfə vəsait verilir və həmin reketlər də getdikcə azğınlaşırlar. "İşlərini" daha aqressiv şəkildə davam etdirirlər. Hər hansı bir vətəndaş, məmur belə bir halla qarşılaşarsa, dərhal hüquq mühafizə oqranlarına müraciət etməlidir. Təəsüflər olsun ki, biz vətəndaşlardan bu addımarı, fəallığı görmürük. Əlbəttə, bunun səbəbləri çoxdur".
Regionlara kifayət qədər səfərlər etdiklərini ösyləyən baş yazar diqqətə çatdırıb ki,rayonlarda kifayət qədər təhsilli adamlar ölkənin peşəkar mediasını tanımırlar:
"Elə media orqanlarının adları və rəhbərlərinin adlarını çəkirlər ki, o insanların Azərbaycan mətbuatına heç bir aidiyyəti yoxdur. Məmurların otağında "reket" jurnalist və QHT -lərin verdiyi diplomların nümayiş olunmasının şahidi oluruq. Bu məsələdə əsas proses şəffaflığın təmin olunmasıdır.
Dövlət orqanlarına ictimaiyyətlə əlaqələndirmə və maarifləndirmə üçün müvafiq vəsaitlər ayrılır. Bu vəsaitləri peşəkar mediaya yönəltmək lazımdır. Rəsmi şəkildə müqavilələr imzalamaq lazımdır. Belə olarsa, "reket"lərin meydanı tamamilə daralacaq və mediamız belə ləkələrdən xilas olacaq".
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi