Səfir: Paşinyan hələ də münaqişənin ədalətli həllində cəsarətli addım atmır
09:15 18.02.2019
Arxiv
347
Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev Ukraynanın ictimai radiosuna (UA: Українське радіо) geniş müsahibə verib.
Azərbaycanın Ukraynadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, müsahibənin əsas mövzusu Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti olub.
Səfir bildirib ki, ermənilər "Böyük Ermənistan” kimi xəstə ideologiyaya əsaslanaraq Azərbaycana qarşı torpaq iddiasına başladılar. Bunun nəticəsi olaraq Azərbaycanın 20 faiz ərazisi hələ də Ermənistanın işğalı altındadır.
Ermənistanın tarixən müxtəlif illərdə Azərbaycana qarşı işğalçılıq siyasəti apardığını xatırladan səfir vurğulayıb ki, terrorizm, işğalçılıq Ermənistanın dövlət siyasətinə çevrilib.
Ukraynalı jurnalistin Ermənistanın yeni Baş naziri Paşinyanın Dağlıq Qarabağla bağlı tutduğu mövqeyə dair sualına cavabında A.Xudiyev qeyd edib ki, Paşinyan hələ də münaqişənin ədalətli həllində cəsarətli addım atmır: "Ermənistan rəhbərliyinin münaqişənin həlli istiqamətində konstruktiv addımları yoxdur, ancaq quru bəyanatlar verirlər. Konkret danışıqlar masasında qeyri-konstruktiv mövqe sərgiləyirlər. BMT Baş Assambleyasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul etsə də, icra olunmur”.
Səfir daha sonra vurğulayıb ki, Azərbaycan münaqişənin sülh yolu həllinin tərəfdarı olsa da, proseslərin bu cür davam edəcəyi halda hərbi müdaxiləyə yol veriləcəyini istisna etməyib: "Azərbaycan paralel olaraq Milli Ordusunun gücləndirilməsi üçün dövlət büdcəsinin böyük bir qismini bu sahəyə ayırır. Çünki sülh danışıqları nəticə verməsə, Azərbaycan ərazi bütövlüyünü bərpası üçün gücdən istifadə edəcək. Bu gün dünyanın gözü qarşısında Ermənistan, hətta Dağlıq Qarabağa aid olmayan Azərbaycanın 7 rayonunu da işğal altında saxlayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət