Səhiyyə naziri istefa verdi – Uşaq ölümlərinə görə...





Tunisdə yeni doğulmuş 11 körpə mədəsində yaranan müəmmalı septik şok nəticəsində dünyasını dəyişib.

"Sherg.az” "lexpress.fr”ə istinadən xəbər verir ki, bu barədə Tunisin səhiyyə nazirliyindən bildirilib. Məlumata görə, hadisə ötən həftənin cümə axşamı və cümə günündə baş verib. 

Məhz bu hadisəyə görə, Tunisin səhiyyə naziri Abderauf Şerif vəzifəsindən istefa verib. Bu barədə Tunis hökuməti açıqlama yayıb.

Ölkənin baş naziri Yusef Şaed qeyd edib ki, ölkənin bütün intellektual tibbi personalı buna qarşı mübarizəni davam etdirirlər. Bu məşum olaya görə, aparılan bütün araşdırmalar səhiyyə sisteminin yanlışlığını ortaya qoyub. Çünki tibb heyətinin iştirakı ilə keçirilən iclaslarda professorlar qeyd etdilər ki, bu infeksiya qəbul edilən qida məshulları sayəsində uşağa keçir və onu dərhal öldürür.

Tərcümə etdi: Ayyət Əhməd