Səkidə dəhşət yaşandı

Uşaq arabasındakı 4 yaşlı Aslı həyatını itirdi
Adanada idarəetməni itirən yük maşını səkidə gedən piyadalara çırpılıb.
Nəticədə uşaq arabasındakı 4 yaşlı Aslı həyatını itirdi. Qəzada 4 nəfər də yaralandı.Həddindən artıq sürətlə gedən yük avtomobili idarədən çıxaraq səkidəki motosiklet və baiqa avtomobilə, daha sonra səkidə gedən piyadalara dəydi. Qəzada 25 yaşlı Hediye Savcı ilə uşaq arabasındakı qızı Aslı,.yanında gedən digər qızı 6 yaşlı Sultan, piyadalardan 36 yaşlı Nedim Kılınc ilə oğulu 12 yaşlı Enes Kılınc yaralandı. Yaralılar, aparıldıqları xüsusi xəstəxanada müalicəyə alındı. Uşaq arabasındakı Aslı isə bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib. Hadisə yerində avtomobilin altında qalaraq əzilən uşaq arabasını görənlər isə qızın öldüyünü eşidib, gözyaşlarına boğuldular. Polis, qaçan yük avtomobilinin sürücüsünü axtarır.