Şəmsiyyə Namazova: "Sanitar aviasiya xidmətini inkişaf etdirmək lazımdır"

Çünki bu xidmət sayəsində həkimlər xəstələrə daha təcili yardım göstərə bilərlər


Sanitar aviasiya xidmətinin kütləviləşdirilməsi xəstələrin qısa müddətdə müalicə olunması baxımından vacib şərtdir.

Bu barədə Sherg.az -a rayonlardan paytaxta təcili yardım avtomobili ilə xəstələrin gətirilməsinə qoyulan qadağanı dəyərləndirərkən Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova bildirib.

Onun sözlərinə görə, paytaxtdan tibbi yardım maşınlarının rayonlara göndərilməsi vaxt itkisinə səbəb ola bilər və xəstələrin həyatı üçün təhlükə yaranar:

 "Nəzərə almaq lazımdır ki, rayondan paytaxta xəstə göndərilməsi üçün hər xəstəyə ayrıca tibbi yardım maşını ayrılması maddi cəhətdən də çətin işdir. Belə vəziyyətdə mövcud olan "Sanitar aviasiya" xidmətini inkişaf etdirmək ən məqsədəuyğun addımdır. Bu xidmət sayəsində həkimlər paytaxtdan rayonlara yola düşər və lazım olan xəstələrə tibbi yardım göstərə bilərlər”.

Qeyd edək ki, rayonlardan paytaxta təcili yardım avtomobili ilə xəstələrin göndərilməsi qadağa olunub.

Aysel Aslan