Sərdar Cəlaloğlu: "Feysbukda reklamı aparılan xarici həkimlər arasında savadsızları da var"





Azərbaycanda reklamı aparılan xarici həkimlər arasında savadsız və qeyri-peşəkarları da mövcuddur. 

Bunu Sherg.az-a feysbuk sosial şəbəkəsində türk həkimlərin geniş şəkildə təbliğ olunmasına münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, həkim Sərdar Cəlaloğlu bildirib. 

Onun sözlərinə görə, insanların hansı həkimə inanması təcrübə ilə bağlıdır: 

"Azərbaycanda işinin peşəkarı, savadlı həkimlər mövcuddur. İnsanların xarici həkimlərə etibar etməsinin əsas səbəbi isə onların müasir texnologiyanı daha yaxşı bilmələridir. Həkimin peşəkarlığı və savadı onun reklamının dərəcəsi ilə ölçülmür”.

S. Cəlaloğlu onu da əlavə edib ki, reklam olunan xarici həkimlər arasında qeyri-peşəkar, ölkəsində özünü təsdiqlədə bilməyənlərin olması istisna deyil: " Ona görə də dərc olunan, yayılan reklamlara tamamilə etibar etmək düzgün deyil".

Qeyd edək ki, son zamanlar sosial şəbəkələrdə türkiyəli həkimlər geniş şəkildə təbliğ olunur.

Aysel Aslan