Sərdar Cəlaloğlunun fikirləri qeyri-ciddidir- Natiq Cəfərli





Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun"Respublikaçı Alternativ” Hərəkatının (REAL) hərəkatının sədri İlqar Məmmədov haqqında səsləndirdiyi bəyanatlar qeyri-ciddidir. 

Bunu Sherg.az- a açıqlamasında "Respublikaçı Alternativ" (REAL) hərəkatının həmtəsisçisi və icraçı katibi Natiq Cəfərli deyib. Onun sözlərinə görə, S. Cəlaloğlunun əsassız fikirləri ictimaiyyət üçün təəccüblü deyil: "S.Cəlaloğlu nə vaxt Nobel mükafatı alarsa, onda mən və partiyamız onun ittihamlarına ciddi cavab verə bilərik. Belə qeyri-ciddi açıqlamalara cavab vermək isə nə mənə, nə də REAL partiyasına yaraşar”.

Qeyd edək ki, S.Cəlaloğlu hazırda həbsdə olan İ.Məmmədovun potensial lider olmadığını iddia edib. O, qeyd edib ki, İ.Məmmədov tutulmazdan əvvəl də Azərbaycan siyasi həyatında o qədər də parlaq liderlik ortaya qoymayıb.

Aysel Aslan