Səyavuş Aslanın oğlu küçədə qaldı və... - ÜRƏKDAĞLAYAN HƏYAT
07:30 25.01.2019
Arxiv
571
Mərhum Xalq artisti Səyavuş Aslanın aktrisa Ofeliya Əfqanlıdan olan oğlu Çingiz Aslan "Bizimləsən” verilişinə çıxaraq evsiz-eşiksiz olduğunu etiraf edib.
Publika.az xəbər verir ki, verilişin dünənki buraxılışında Çingiz Aslan studiyaya gələrək hostellərdə gecələdiyini qeyd edib. Aparıcı Zaur Baxşəliyev bildirib ki, hostel sakinləri Çingizdən şikayətçi olaraq onunla bir yerdə qalmaq istəmədiklərini deyib. Qaraciyər serrozundan əziyyət çəkən Çingiz Aslan dünən müvəqqəti olaraq sığınacağa yerləşdirilib.
Məlumat üçün bildirək ki, Xalq artisti Səyavuş Aslanın şəhərin mərkəzindəki bahalı evi Çingiz Aslana miras qalıb. Lakin Çingiz Aslanın atasından ona miras qalan evi sataraq pis vərdişlərə xərclədiyi iddia edilir. Çingiz Aslan özü isə 2017-ci ildə "Şərq” qəzetinə verdiyi müsahibəsində evinin pulunu itirdiyini və oğruların hələ də tapılmadığını söyləmişdi:
"Atamdan sonra həyatımız dağıldı. İki qardaşıq. İkimizin də həyatı məhv olub. İkimiz də evsiz-eşiksiz qalmışıq. Qardaşım yenə birtəhər başını dolandırır. Mənim vəziyyətim daha ağırdır. Sanki atamdan sonra evimizin, ocağımızın işığı söndü, ruzisi kəsildi. İndi tufeyli bir həyat yaşayıram. Xəstə insanam. Ürəyimdə ciddi problemlər var. Birtəhər yaşayırdım. Gördüm dolana bilmirəm, işsiz-gücsüz qalmışam, evi satıb başqa bir yerdə ev almaq istədim. Bilirsiniz ki, atama məxsus evimiz şəhərin mərkəzində yerləşirdi. Düşündüm ki, şəhərin mərkəzində olan evi satıb Bayıl tərəfdə ev alım. Yerdə qalan pulla həm müalicələrimi edim, həm də borclarımı bağlayım. Bir iş qurum ki, çörəkpulu qazana bilim. Evin behini almışdım. Ev alqısı bitdikdən sonra yerdə qalan məbləği də aldım. Həmin gün Milli Parkda bir az hava almağa çalışdım ki, ürəyimin ağrısı keçsin. Elə Milli Parkda ürəyim tutub, huşumu itirmişəm. O məqamda mənə kömək edənlərdən kimsə cibimdə olan 11 min dollar pulumu cibimdən oğurlayıb. İndi həm evsiz-eşiksiz qalmışam, həm də yeməyə pul tapmıram. Bu barədə polisə məlumat vermişəm. Artıq 3 aya yaxındır mənim evimin pulunu oğurlayanlar tapılmayıb. Mənimlə maraqlanan yoxdur. Heç kim mənə inanmaq istəmir ki, evimin pulunu oğurlayıblar. Yəni Milli Parkda kameralar yoxdur, mən yıxılanda mənə yaxınlaşanın kim olduğunu öyrənmək bu qədərmi çətindir? Bu insafdandır ki, qışın günündə kirayələrdə qalıram?!
Atam gənc ikən qibtə olunası həyatımız olub. Amma həyat sərt tərəfini bizə də göstərdi. Bir neçə il atam xəstə yatdı. Onun müalicəsini, qulluğunu çəkmişəm. Təbii ki, bu, övlad olaraq borcum idi. Atamı itirdikdən sonra isə tamamilə tək qaldım. Bu yaşda yetimliyin ağır olduğunu dərk etdim. Ailəm yoxdur, illər öncə həyat yoldaşımdan ayrılmışam. Uşaqlarım məni axtarmır. Mənimlə heç kim maraqlanmır. Yəni həyatı dağılan insanam. İndi bir isti ocağa, bir qab isti yeməyə möhtacam. Çox xahiş edirəm ki, mənə kömək edəsiniz. Bəlkə, səsimi eşidən olar. Axı mən Səyavuş Aslan kimi böyük sənətkarın oğluyam. Ən azı atamın adına görə mənə kömək edən olar, bəlkə”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zakir Həsənov Qurban bayramı münasibətilə şəxsi heyəti təbrik etdi
20:15 26.05.2026
Hərbi
İsveçrə Prezidenti Azərbaycan liderini təbrik edib
19:48 26.05.2026
Rəsmi
DİM 17 mayda keçirilən imtahanların nəticələrini elan edib
19:41 26.05.2026
Elm və Təhsil
Əli Əsədov Mixail Mişustinlə telefon danışığı aparıb
19:29 26.05.2026
Siyasət
Seren Ay Çetindən şok iddia: “Sercan Beyza ilə evlənməyi düşünürdü”
19:19 26.05.2026
Şou
Fransada isti hava faciəyə səbəb oldu: 7 nəfər həyatını itirdi
19:03 26.05.2026
Dünya
İspaniya Kralı Azərbaycan Prezidentinə təbrik ünvanlayıb
18:54 26.05.2026
Gündəm
Bu yağıntılar başdan-ayağa müəmmadır - Ekoloq Ənvər Əliyev
18:20 26.05.2026
Ekologiya
Makron Azərbaycan Prezidentini təbrik etdi
18:15 26.05.2026
Gündəm
Donald Tramp Prezident İlham Əliyevə təbrik ünvanlayıb
18:01 26.05.2026
Gündəm
Qarabağda köməksiz vəziyyətdə cüyür balası aşkar edildi - FOTO
17:53 26.05.2026
Qarabağ
Bir sıra məhkəmələrə hakimlər təyin edildi
17:28 26.05.2026
Gündəm
ABŞ dövlət katibi: “Tramp marşrutu” Cənubi Qafqazda sülhə yol açır
17:14 26.05.2026
Gündəm