Siqaret və velosipedini vermədi, dişlərini tökdülər: Suriyalılar axtarılır




Türkiyənin İzmir şəhərinin Seferihisar qəsəbəsində Rəsul Çelikok (49), siqaret və velosipedini istəyən 6 adama mənfi cavab verdiyinə görə döyüldü. Sherg.az türk mediasına istinadən xəbər verir ki, yumruq zərbələrindən 3 dişi tökülən Çelikokun şikayətindən sonra Suriyalı olduqları ehtimal edilən şübhəlilərin tutulması üçün işə başlanıb.

Ürkməz səmtində velosipediylə gəzintiyə çıxan təqaüdçü Rəsul Çelikok bir az sonra  yorulub sahildəki parkda oturub. Bu zaman Çelikokun yanına gələn şəxsiyyəti naməlum 2 nəfər ondan siqaret istəyib. Çelikok siqaretinin  az olduğunu söyləyir, naməlum adamlar bu dəfə də velosipediylə bir neçə dövrə vurmaq istədiyini bildirir. Bu istəyə də mənfi cavab verən Çelikok, vəziyyətdən narahat olur.

Velosipedinə minərək, sahildən uzaqlaşmaq istəyir. Ancaq ondan siqaret və velosipedini istəyənlərin yanında daha 4 nəfər də peyda olur. İddiaya görə, 6 nəfər  Çelikoku döyür. Təcavüzkarlar hadisə yerindən qaçırlar, xəstəxanaya gedən Çelikok isə müalicə altına alınır.


Aldığı zərbələrdən 3 dişi tökülən Çelikok, jandarmaya şikayət edir. O,  Suriyalı olduqlarını iddia etdiyi təcavüzkarların tez bir zamanda tutulmasını tələb edir. Jandarma qaçan təcavüzkarları tutmaq üçün araşdırmaya başlayıb.

Turan