"Siqaretçəkənlərdən vəsiqə yox, pul tələb olunacaq" - Reallıq




Şəxsiyyət vəsiqəsi vətəndaşlıq sənədidir. Bu sənədi hər bir kəs üstündə gəzdirməlidir. O cümlədən yeniyetmələr. Bu halda nə dəyişir? İstədiyi vaxt sənədi göstərib siqaretini alar?!. Bu sənədin siqaret çəkməklə heç bir əlaqəsi yoxdur."

Bu barədə Sherg.az-a "Siqaret alan yeniyetmələrdən şəxsiyyət vəsiqəsi tələb olunacaq" dəyişikliyinə münasibət bildirərkən "Siqaretsiz həyat” İctimai Birliyinin sədri Rasim Mədəd  deyib. 

O, bildirib ki, əlaqəsi olmayan bir şeyin qarşıya qoyulan məqsədin həllində heç bir rolu ola bilməz: 

"Valideyinin şəxsiyyət vəsiqəsini uşaqdan alıb gizlətmək hüququ da yoxdur. Şəxsiyyət vəsiqəsinə sahib olan hər bir kəs müstəqil vətəndaşdır və öz hüquqları var. Bu çıxış yolu deyil. Reallıq budur ki, siqaretçəkən yeniyetmələrdən şəxsiyyət vəsiqəsi yox, pul tələb olunacaq. Siqaret aludəçiliyinin qarşısının alınması yolu marifləndirmədən keçir. Bu isə Azərbaycanda ümumiyyətlə yoxdur!"

Ayyət Əhməd