"Şirkətlər, istehsalat müəssisələri yüksək nəticə göstərən məzunları izləməlidirlər"
13:42 17.11.2017
Arxiv
842
Təhsil eksperti Etibar Əliyev: "Dünyanın inkişaf etmiş ölkələrində sistem bu cür qurulur"
"Ali məktəbləri bitirən məzunların işlə təmin olunması üçün əmək bazarının tələbatına uğun mütəxəssis hazırlığı həyata keçirilməlidir”.
Bunu "Sherg.az”a ali məktəb məzunlarının iş probleminin həlli ilə bağlı danışarkən tanınmış təhsil eksperti Etibar Əliyev deyib. O bildirib ki, əmək bazarı anlayışı ümumiyyətlə yoxdur:
"Konkret olaraq hansısa şirkətlərdə, istehsalat yerlərində müəyyən vaxt ərzində dəyişikliklər, ixtisarlar baş verir. Yeni işçilər götürmürlər. Bu gün şirkətlər, istehsalat müəssisələri universitetlərdə yüksək nəticə göstərən məzunları izləməlidirlər. Dünyanın inkişaf etmiş ölkələrində sistem bu cür qurulur. Hətta tələbələrin ödənmişini həyata keçirən şirkətlər də var. Bununla tələbələr onların kadrları sayılır. Həmin şirkətlərin təşkilatında, işində bu cür savadlı kadrlar mühüm rol oynayır.
Təəssüf ki, bizdə hələlik belə bir sistem formalaşmayıb. Məsələn, müəllim peşəsini yüksək balla seçənlər üçün vakant yerlər elan olunur. Açıq şəkildə bilik və bacarıqlarını göstərən şəxslər bu peşəni seçə bilirlər. Başqa sahələrdə isə belə deyil. Xüsusilə kənd təsərrüfatı sahəsində vəziyyət acınacaqlıdır. Yəni Kənd Təsərrüfatı Akademiyası kim üçün mütəxəssis hazırlayır, bəlli deyil. Ona görə, bir çox hallarda qeyri-müəyyənlik mövcuddur.
Xeyli sayda ali təhsilli işsiz gənclərə rast gəlirik. Maraqlı fakt deyim. Universitetlərdə "Fizika” və "Fizika müəllimliyi”, "Kimya” və "Kimya müəllimliyi” ixtisasları var. Burada qeyri-rasional ixtisaslaşma həyata keçirilib. Məsələn "Kimya” və "Fizika” ixtisaslarını bitirən şəxs nə elmi-tədqiqat müəssisələrində işləyir, nə də müəllim. Fizik və ya kimyaçı hansısa zavodda, elmi-tədqiqat müəssisəsində işləməlidir. Həmin şəxslərin işsizliyi problemi yaranır. Elmi-tədqiqat müəssisələrində işləmək üçün magistratura pilləsini bitirməlidir. Müəllim işləmək üçünsə, konkret müəllimliyi bitirməlisən. Yüz minlərlə gənc ixtisasların müəyyənləşdirilməsinin əziyyətini çəkirlər. Bu problemi həll etmək lazımdır.
Bütün hallarda indiki postsənaye cəmiyyətinin özünün kadr tələbatları olmalıdır. Şirkətlər maraqlanmalıdır ki, faydalı, bilikli məzunları işə cəlb etsinlər”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə