Şirməmməd Hüseynovla vida mərasimi Bakı Dövlət Universitetində keçiriləcək - YENİLƏNİB



Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynovla  vida mərasiminin yeri dəyişdirilib.
APA xəbər verir ki, mərasim sabah saat 13:00-da Bakı dövlət Universitetində keçiriləcək.


****

20:55

Şirməmməd Hüseynov bu gün 19:00 radələrində evində vəfat edib.

Bu barədə APA-ya onun nəvəsi Toğrul Əliyev məlumat verib.

O bildirib ki, mərhumla vida mərasimi sabah saat 13:00-da Təzəpir məscidində keçiriləcək.

Ş.Hüseynovun dəfn ediləcəyi yer hələlik dəqiqləşdirilməyib.