Siyavuş Novruzov: "Bu gün hamı Milli Şuranın biabırçı mitinqinin şahidi oldu"
13:51 17.09.2016
Arxiv
416
"Əli Kərimli mitinqdə deyir ki, 1988-ci ildən Azadlıq meydanında soyuğun qarşısında mübarizə aparıblar. Ancaq həqiqət bundan ibarətdir ki, 1988-ci ildə Əli Kərimli Bakı Dövlət Universitetində komsomol komitəsinin katibi seçilmək üçün dəridən-qabıqdan çıxırdı. Onun Azadlıq meydanında nə işi vardı? İnsanları aldadan bu cür yalan və böhtan fikirlər səsləndirirlər. Tarixi heç kim saxtalaşdıra bilməz".
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Şuranın bu gün keçirilən mitinqinə münasibət bildirərkən deyib.
S. Novruzov qeyd edib ki, ilk növbədə mitinq qanunun tələblərinə uyğun deyil: "Çünki referendum dövründə anti-referendum təbliğatı aparmaq üçün Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçmək lazımdır. Ancaq bunlar imza toplaya, qeydiyyatdan keçə bilməyiblər, ancaq referendum əleyhinə çıxışlar edirlər. "Sərbəst toplaşmaq azdlığı" haqqında qanunda da göstərilib ki, heç kim təhqir oluna bilməz, etnik-dini çağırışlar olmamalıdır. Ancaq hamı şahid oldu ki, mitinqdə bu cür çağırışlar oldu".
Onun sözlərinə görə, mitinqə xalq yox, yalnız təşkilatçıların yaxınları toplaşıb: "Bu gün bütün əhali Milli Şuranın biabrçı mitinqinin şahidi oldu. Orda jurnalistlər və polisləri çıxdıqda, 600-700 adam var ki, bunların da bəzilərinin qohum-əqrəbaları dini-ekstremist hərəkətlərlə bağlı həbs edilib. Digərləri isə mitinq təşkilatçılarının qohum-əqrəbalarıdır. Yerdə qalan insanlar mitinqə pulla gəlmişdi, özləri də bunu etiraf edirlər".
O, AXCP sədri Əli Kərimlini də ittiham edib: "Əli Kərimli gah "nurçu" olur, gah demokrat olur, gah da başqa dini qüvvələrə xidmət edir. Onun və ətrafında olanların geyimindən də "nurçu" olduqları bilinir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm
Ukrayna Voronejdə hərbi aerodrumu vurdu
11:21 15.10.2026
Dünya
Azərbaycanda bəzi xidmət haqları iki dəfə azaldılır
10:57 15.10.2026
Sosial
Brüsseldə keçiriləcək Aİ sammitində büdcədə irəliləyiş gözlənilmir
10:55 15.10.2026
Gündəm
Makaronun süzdükdən sonra suyunu tökməyin
10:47 15.10.2026
Sosial