"Slovakiya Azərbaycanda səfirliyin açılması üzrə işləri başa çatdırır" - Nazir
06:41 04.09.2019
Arxiv
369
Slovakiya Azərbaycanda səfirliyin açılması üzrə işləri başa çatdırır.
"Sherg.az" xəbər verir ki, bunu Trend-ə Slovakiyanın xarici işlər naziri Miroslav Layçak deyib.
M.Layçak bildirib ki, səfirliyin açılması işgüzar ictimaiyyətlərimiz üçün imkanlar yaratmağa və ticarət əməkdaşlığının möhkəmlənməsi üçün biznes missiyalar təşkil etməyə imkan verəcək.
Nazir qeyd edib ki, Slovakiya Azərbaycanla əməkdaşlığını möhkəmlənməsində maraqlıdır:
"İstənilən iki ölkə arasında yaxşı iqtisadi münasibətlərin əsası yaxşı siyasi münasibətlərdir və mən şadam ki, bizim dostluq münasibətlərimiz bütün sahələrdə, o cümlədən biznes sahəsində əməkdaşlıq üçün möhkəm əsas yaradır".
İqtisadi münasibətlər barədə danışan M.Layçak vurğulayıb ki, münasibətlərin indiki səviyyəsi mövcud potensialı əks etdirmir və bu vəziyyətin dəyişməsi hər iki tərəfdən asılıdır:
"Son ticarət göstəricilərinə əsasən demək olar ki, dövriyyə həcmi stabildir. Slovakiya şirkətləri istehsal, nəqliyyat infrastrukturunun modernləşməsi, avtomobilqayırma, tibb avadanlıqları istehsalı, enerji səmərəli layihələrin icrası sahələrində kifayət qədər təcrübəyə malikdir. Amma qarşılıqlı ticarətin inkişafı üçün vacib şərt investisiya və iqtisadiyyat sahələrində saziş bazasının möhkəmləndirilməsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya