Somalidə partlayış-39 ölü - YENİLƏNİB




Somalinin paytaxtında yük maşınının partladılması nəticəsində ölənlərin sayı 39-a çatıb, 50 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 35 nəfərin öldüyü, 40 nəfərin yaralandığı bildirilirdi.

Hələ ki, heç bir terror qruplaşması terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.